UFC 6 turnirinin çempionu – qarışıq əlbəyaxa döyüş veteranı Oleq Taktarov emosialarını saxlaya bilməyib.
Fanat.Az xəbər verir ki, "Instagram”da canlı yayıma çıxan Rus ayısı ləqəbli Taktarov izləyicilərdən birinin "UFC-nin ilk rusiyalı çempionu kim olub” sualına belə cavab verib:
"Altıncı çempionatda mən qalib olmuşam. Orda başqa kim var idi ki? 1995-ci ildə baş tutan birincilikdə bütün rəqiblərimə qalib gəldim. Bu, tarixdi... İlk UFC çempionatının qalibi Roys Qreysi olubsa, 6-cıda da mən çempionluq sevinci yaşamışam. Qaydalar dəyişə bilər. Ancaq fakt faktlığında qalır. Tsumadinski rayonundan olan hansısa vəhabi (Həbib Nuirməhəmmədovu nəzərdə tutur – red.) özünü ilk rusiyalı çempion sayırsa, hamı onun dediyini təkrarlamalıdı? O, bu ifadəni cəmi bir dəfə dilinə gətirib və hər dəfə təkrarlamır. Məni niyə özümdən çıxarırsız? Sosial şəbəkələrdə yeni başlıqlar altında müzakirələr açmaq üçün? Axı hər şeyin necə olduğunu özünüz də bilirsiz”.
Fanat.Az