İki çəki dərəcəsi üzrə keçmiş UFC çempionu Konor Makqreqor Həbib Nurməhəmmədovun atası, məşqçi Abdulmanap Nurməhəmmədova dəstək verib.
Fanat.Az xəbər verir ki, irlandiyalı döyüşçü tvitter hesabında bu barədə paylaşım edib:
"Abdulmanap Nurməhəmmədovun sağalması üçün dua edirəm. Bu insan müxtəlif döyüş növlərində bizim bildiyimizdən də çox dünya çempionları yetişdirib. O, döyüş sənətlərinin əsl dahisidi!
Bu gün xəbəri eşidəndə çox məyus oldum. Nurməhəmmədov ailəsi üçün dua edirəm".
Əbdülmanapın hazırda komada olduğu bildirilir.
Fanat.Az