Yüngül çəkidə müvəqqəti UFC çempionu Castin Qetji Həbib Nurməhəmmədova və onun atası, hazırda xəstəxanada müalicəsini davam etdirən Abdulmanap Nurməhəmmədova dəstəyini nümayiş etdirib.
Fanat.Az xəbər verir ki, Qetji tvitterdəki paylaşımında qeyd edib:
"Həbibə və atasına müsbət diləklərimi çatdırıram. Abdulmanap Nurməhəmmədov əfsanədi. Onun qısa müddət ərzində sağalması üçün dua etməyə davam edəcəm".
Abdulmanap ürək əməliyyatından sonra komaya düşmüşdü. Məşhur məşqçiyə həm də koronavirus diaqnozu qoyulub.
Fanat.Az