UFC prezidenti Deyna Uayt Konor Makqreqorun yaxın zamanlarda titul uğrunda mübarizə aparmasına razılıq verməyib.
Fanat.Az xəbər verir ki, Uayt ESPN-ə açıqlamasında qeyd edib:
"Kamaru Usmanın növbəti rəqibi bu döyüşçülər ola bilər: Kolbi Kovinqton, Xorxe Masvidal, Leon Edvards. Kamaru onlardan biri ilə döyüşəcək, amma Konor Makqreqorla yox".
Konor Makqreqor sonuncu döyüşünü yarım-orta çəkidə keçirib və 40 saniyə ərzində Donald Serroneni nokautla məğlub edib. Bu çəki dərəcəsində hazırkı çempion isə Kamaru Usmandı.
Fanat.Az

Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol