Yarı-orta çəkidə boks üzrə keçmiş dünya çempionu Kostya Tszyu Həbib Nurməhəmmədovun zəif cəhətini açıqlayıb.
Fanat.Az xəbər verir ki, Tszyu "Sport-Ekspress"ə açıqlamasında qeyd edib:
"Həbib unikal idmançıdı. Oktaqonda etdikləri möhtəşəmdi. Zəif cəhəti olan zərbə gücünü inkişaf etdirsə, daha da yaxşı olacaq".
Həbib Nurməhəmmədov UFC-də keçirdiyi 28 döyüşün hamısından qalib ayrılıb. Onun növbəti rəqibi Castin Qetji olacaq.
Fanat.Az