İki çəki dərəcəsində keçmiş UFC çempionu Henri Sexudo yarım-yüngül çəkidə kəmərin sahibi Aleks Volkanovskiyə cavab verib.
Fanat.Az xəbər verir ki, amerikalı döyüşçü "Twitter" hesabındakı paylaşımında qeyd edib:
"Nə vaxtsa MMA-ya qayıdası olsam, bil ki, bunu sənin başını yerindən qopartmaq üçün edəcəm, cırtdan. Olimpiadada qazandığım qızıl medal, iki kəmərim və sevgilimdən mərcə girərəm ki, sən üçqat çempiona qarşı (özünü nəzərdə tutur - Fanat.Az) iki raund dözə bilməzsən".
Daha öncə Volkanovski Sexudo ilə titul döyüşünə çıxmağa hazır olduğunu bildirmişdi.
Qeyd edək ki, Sexudo 9 mayda keçirilən UFC 249 turnirindən sonra karyerasını bitirdiyini açıqlamışdı.
Fanat.Az