Las Veqasda (ABŞ, Nevada ştatı) UFC Veqas 4 turniri başa çatıb.
Fanat.Az-ın məlumatına görə, turnirin əsas döyüşündə liqanın sabiq müvəqqəti çempionu Dastin Puarye və Den Huker qarşılaşıb.
Döyüş 5 raund davam edib və hakimlər qələbəni Puaryeyə verib.
Qarışıq döyüş növlərində 26-cı qələbəsini rəsmiləşdirən Dastinin hesabında 6 yenilgi var. Yeni zelandiyalı Huker isə 20 zəfər fonunda 9-cu məğlubiyyətini alıb.
Fanat.Az