UFC Veqas 4 turnirinin iştirakçılarının mükafatları bəlli olub.
Fanat.Az "Sportekz"ə istinadən xəbər verir ki, gecənin ən çox qazanan ismi Dastin Puarye olub. O, toplam 420 min dollarlıq mükafat fondunun sahibi olub.
Turnirdən əvvəl Puaryeyə 250 min dollar qonorar vəd edilmişdi. 31 yaşlı idmançı "kassa"sını qələbəyə görə 100 min, gecənin ən yaxşı döyüşündə iştiraka görə 50 min, sponsor ödəmələri sayəsində isə 20 min dollar zənginləşdirib.
Rəqibi Den Huker isə ondan üç dəfə az qazanıb. Yeni zelandiyalı idmançı ümumilikdə 145 min dollara sahib çıxıb.
Qeyd edək ki, 5 raundun tamamında Dastin qalib elan edilmişdi.
Fanat.Az