Həbib Nurməhəmmədovun məşqçisi Xavyer Mendes döyüşçünün bütün qərarlarını dəstəkləyəcəyini açıqlayıb.
Fanat.Az xəbər verir ki, "MMA on SiriusXM"ə açıqlama verən Mendes belə danışıb:
"Döyüşmək istəsə, yanında olacam, istəməsə də, həmçinin. Karyerasını bitirməyə qərar versə belə, dəstəkləyəcəm. Əlbəttə, öz mövqeyimi ortaya qoymağı da unutmayacam. Bildiyim budu ki, Həbib atasının yolunu davam etdirir. Deməli, həm də əla məşqçidi. Bir neçə gənc, perspektivli idmançının yaxşı hazırlaşmasına yardımçı olub".
Həbibin atası Abdulmanap Nurməhəmmədov iyulun 3-də Moskva xəstəxanalarından birində dünyasını dəyişib.
Fanat.Az