UFC döyüşçüsü Devont Smitin bacısı Darient Smit güllələnib.
Fanat.Az xəbər verir ki, 23 yaşlı qız Kolambusdakı gecə klublarından birinin yaxınlığında ölümcül yaralanıb. Onu xəstəxanaya çatdırsalar da, həyatını xilas etmək mümkün olmayıb.
Döyüşçü "Instagram"da belə yazıb:
"Mənim balaca bacımı güllələyiblər. Ağlamaqdan başım ağrıyır. Həyatımın ən pis günlərindən biridi... İndi hər dəfə yuxudan oyananda sənin daha həyatda olmadığını yada salacam. Səni həmişə sevəcəm. Sənin üçün necə darıxdığımı, ürəyimdə nələr çəkdiyimi sözlə ifadə edə bilmirəm".
Fanat.Az