İki müxtəlif çəki dərəcəsində sabiq UFC çempionu Konor Makqreqor son döyüşdə məğlub olduğu Dastin Puaryeni və onun fanatlarını təhqir edib.
Fanat.Az irlandiyalı döyüşçünün "Twitter" səhifəsindəki paylaşımını ixtisarla təqdim edir:
"Həə, uşaqlar. O, (Dastin Porye) zərbələri arxası ilə dəf edirdi.
Gilyotin tullanması teykdaun sayılmır. Ayaqla zərbəni dəf etmək blok sayılmır.
Həkim müdaxiləsi zamanı oyunun dayandırılması texnikii nakaut sayılmır. Oyun davam edir, it uşaqları.
Siz hamınız mənim üçün qarışqasınız... Hətta qırmızı gənə də deyilsiniz. İndi isə stasionar vloger kameralarınıza qayıdın. Səfillər!"
Qeyd edək ki, irladiyalı ulduz döyüşçü paylaşımı daha sonra silib.
Emin Şəmsiyev