Sentyabr ayında, UFC 253 turniri çərçivəsində keçirilməsi planlaşdırılan Həbib Nurməhəmmədov - Castin Qetji döyüşü baş tutmayacaq.
Fanat.Az TASS-a istinadən xəbər verir ki, bu barədə Həbibin meneceri Rizvan Məhəmmədov məlumat verib:
"Həbib UFC 253 turnirində iştirak etməyəcək".
Rusiyalı idmançının atası Abdulmanap Nurməhəmmədov iyulun 3-də dünyasını dəyişmişdi. Bu səbəbdən Həbibin Qetji ilə döyüşünün vaxtının dəyişdiriləcəyi bildirilir.
Fanat.Az