Qarışıq döyüş növləri üzrə UFC çempionatı döyüşçülərdə koronavirus aşkar edildiyi üçün Las Veqas turnirindəki iki döyüşü ləğv edib.
Fanat.Az-ın məlumatına görə, bu barədə təşkilatın mətbuat xidməti bildirib.
Beləliklə, Tiyaqo Moyzes (Braziliya) - Jalin Tyorner (ABŞ) və Aleksandr Romanov (Moldova) - Markus Rojerio (Braziliya) döyüşləri ləğv edilib.
Əsas döyüşdə Alister Overim (Niderland) Auqusto Sakayi (Braziliya) ilə qarşılaşacaq.
Fanat.Az