Yüngül çəkidə UFC çempionu Həbib Nurməhəmmədov Castin Qetji ilə döyüşdən sonra qarşılaşmaq istədiyi rəqibin adını açıqlayıb.
Fanat.Az xəbər verir ki, dağıstanlı idmançı ESPN MMA-ya müsahibəsində belə danışıb:
"Bilmirəm, özü mənimlə üz-üzə gəlmək istəyir, ya yox. Mənə qalsa, Jorj Sen-Pyerlə döyüşməyə həvəslə razılaşardım. Bu, hamı üçün böyük döyüş olar. Düzdü, Sen-Pyerin yüngül çəkiyə düşməsi də şərtdi. Amma onunla qarşılaşmaqdan zövq alaram".
Nurməhəmmədov oktyabrın 24-də Əbu-Dabidəki "Döyüşçü adası"nda müvəqqəti çempion Qetji ilə titul döyüşünə çıxacaq.
Fanat.Az