İki çəki dərəcəsində sabiq UFC çempionu Konor Makqreqor həftəsonu üz-üzə gələcəyi Dastin Puarye ilə döyüşdən danışıb.
Fanat.Az xəbər verir ki, "Rolling Stone" irlandiyalı idmançının söylədiklərini belə çatdırıb:
"O, son vaxtlar mətbuatda çox boşboğazlıq edir. Bu hərəkətini cavabsız qoymayacam. İyulun 10-da Dastini əzişdirəcəm. Heç vaxt indiki qədər təhlükəli olmadığımı düşünürəm. Puaryeni nokauta salmağa hazırlaşıram".
Qeyd edək ki, tərəflərin üçüncü döyüşü iyulun 10-dan 11-nə keçən gecə UFC-264 turniri çərçivəsində baş tutacaq.
2014-cü ilin sentyabrında reallaşan ilk dueldə Konor Fransa əsilli ABŞ idmançısını ilk raundda nokauta salmışdı. Bu ilin yanvarındakı revanş görüşündə isə Dastin ikinci raundda Makqreqoru nokautla yenmişdi.
Atilla

Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol