Azərbaycanlı baş məşqçi Ziya Rəcəbovun çalışdırdığı "Cakarta” (Pertamina) voleybol klubunun İndoneziya çempionu olması rəsmiləşib.
Fanat.Az apasport.az-a istinadən xəbər verir ki, bu barədə yerli Voleybol Federasiyası qərar verib.
Qurum müntəzəm çempionatın qalibi olan "Cakarta”nı koronavirus pandemiyası səbəbindən pley-off mərhələsində yarımçıq dayandırılan 2019/2020 mövsümünün də ən güclüsü elan edib. Nəticədə CEV kubokunun üçüncüsü olmuş Ziya Rəcəbov, həmçinin Azərbaycan millisinin unudulmaz simaları – Natalya Məmmədova və Odina Əliyeva vətənə İndoneziya çempionu kimi qayıdacaqlar.
Əliyeva birinci olmaqla yanaşı, 3 nominasiyada da fərqləndirilib. 30 yaşlı voleybolçu I mərhələnin bombardiri, çempionatın ən yaxşı hücumçusu və ən dəyərli oyunçusu seçilib.
Qeyd edək ki, sərhədlər bağlı olduğundan Ziya Rəcəbov, Natalya Məmmədova və Odina Əliyeva hələlik İndoneziyadadı.
Fanat.Az

Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol