16:35 08.06.2026 789

Azərbaycan gimnastları "AGF Trophy" və dünya kubokunda 3 "qızıl" qazandılar

Azərbaycan təmsilçiləri Milli Gimnastika Arenasında keçirilmiş akrobatika və aerobika gimnastikası üzrə FIG dünya kuboku və AGF Trophy kubokunda üç qızıl medal qazanıblar.

Fanat.Az xəbər verir ki, üç gün davam edən kubok yarışlarında akrobatika və aerobika üzrə ümumilikdə 14 ölkədən 220-yə yaxın, turnirdə isə 10 ölkədən 150-dən çox idmançı bacarıqlarını nümayiş etdirib.

Dünya kubokunda Azərbaycan millisi yarışı 1 qızıl medalla başa vurub. Anahita Bashiri, Zəhra Rəşidova və Nəzrin Zeyniyevadan ibarət qadın qrup rəqiblərini geridə qoyaraq 29.300 xalla qızıl medal qazanıb.

Ənənəyə uyğun olaraq, təsnifat mərhələsində ən yüksək icra xalını toplayan idmançılara AGF Trophy kuboku təqdim edilib. Aerobika gimnastikası üzrə fərdi proqramda kişilər arasında Anton Kolobov (Rusiya), qadınlarda Anastasiya Dmitriyeva (Rusiya), qarışıq cütlük proqramında Borislava İvanova və Hristo Manolov (Bolqarıstan), akrobatika gimnastikası üzrə isə qadın qrupumuz Anahita Bashiri, Zəhra Rəşidova və Nəzrin Zeyniyeva AGF Trophy kubokuna layiq görülüblər.

Aerobika gimnastikası üzrə favorit qarışıq cütlüyü Mədinə Mustafayeva və Vladimir Dolmatov 19.025 xalla yarışı 4-cü, Leyla Bejanova, Arzu Ağayeva və Xədicə Quliyevadan ibarət “üçlük” isə 17.588 xalla 4-cü pillədə başa vurub.

Beynəlxalq turnirdə isə Azərbaycan gimnastları akrobatika və aerobika növləri üzrə ümumilikdə 6 proqramda təmsil olundular. Yarışların yekun nəticələrinə əsasən, aerobika gimnastikası üzrə təmsilçilərimiz bir sıra uğurlu nəticələr əldə ediblər.

Yeniyetmələrin yarışında qarışıq cütlüklər proqramında Mədinə İbrahimli və Toğrul Gülmalıyev qızıl medal qazanaraq fəxri kürsünün ən yüksək pilləsinə yüksəliblər. Həmin proqramda çıxış edən Səma Hacızadə və Arif Məmmədzadə isə gümüş medala layiq görülüblər. Fərdi proqramda Arif Məmmədzadə qızıl, Toğrul Gülmalıyev isə gümüş medal qazanıb.

Yeniyetmələr arasında “üçlük” proqramında Ayan İskəndərli, Məryəm Əliyeva və Ayla İsmayılzadə bürünc medal əldə ediblər. Qrup proqramında çıxış edən Nuray Əliyeva, Aytən Nəsirzadə, Gülnur Ağalarova, Aliyə Cəfərli və Xədicə Ələsgərova da bürünc medala sahib olublar.

Gənclər yaş kateqoriyasında qrup proqramında mübarizə aparan Ayan Ağayeva, Fidan İbrahimova, Leyla Əhmədova, Aydan Məlikova və Təhminə İbrahimova da bürünc mükafat qazanaraq komandanın medal hesabını artırıblar.

Beləliklə, Azərbaycan gimnastları beynəlxalq turniri 2 qızıl, 2 gümüş və 3 bürünc medalla, dünya kubokunu isə 1 qızıl medalla başa vurublar.

Telegram Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol
Oxşar xəbərlər

Xəbər lenti

30 İyul 2026
17:07

"Neftçi" səfərdə 2 top vura bilər, ancaq..." - Şahin Diniyev

16:48

"Orxus" "Sabah"a ciddi çətinlik yarada bilər, amma..." - Aslan Kərimov

16:30

Bu mükafatı Messidən almaq istəyirlər

16:11

"İlk qolu vuran tərəf üstünlük qazanacaq"

15:52

"Tanıdığımız "Qarabağ" üçün ev-səfər amili ciddi önəm daşımır" - Şahin Diniyev

15:34

"Sabah" - "Orxus" matçı portuqaliyalılara tapşırıldı

15:16

Boneyr millisinin hücumçusu "Sumqayıt"da

14:57

İtaliya klubunun futbolçusu itkin düşdü

14:29

Avropalılar FİFA prezidentini dəyişir - Yerinə namizəd də bəllidir

13:48

"Qarabağ"ı Sofiyada neçə azarkeş dəstəkləyəcək? - AÇIQLANDI

13:30

Azər Məmmədov: "Hücum xəttində seçim imkanlarımızı genişləndirmək istəyirik"

13:12

İtaliya nəhəngi 18 yaşlı müdafiəçini heyətinə cəlb etdi

12:54

Məşhur klub 1000 sponsorla anlaşdı - Qeyri-adi kampaniya

12:35

Tofiq Musayev növbəti döyüşünə çıxacaq

12:16

Eddi Hou "Nyukasl"dan ayrılmağa qərar verdi

11:57

PSJ "Monako"nun gənc yarımmüdafiəçisini istəyir

11:38

"Kəpəz" yeni oyunçu ilə gücləndi - RƏSMİ

11:20

Jül Kunde İngiltərə Premyer Liqasına gedir?

11:02

Dəhşətli qəzada 2 futbolçu dünyasını dəyişdi - Bakıda faciəvi hadisənin VİDEOsu

10:50

Klublarımızın yay planları: Kim gəlir, kim gedir? - YENİLƏNİR

10:33

Dünya çempionatı: Daha 5 qadın güləşçimiz mübarizəyə qoşulur

10:12

Həftəiçi oyunlar bu kanallarda - AFİŞA

09:49

"Neftçi" "Dinamo Minsk" səddini keçə biləcək?

09:25

"Zirə" Estoniya təmsilçisi ilə cavab oyununa çıxır

09:00

"Qarabağ" Sofiyada sınaq qarşısında

01:44

KL: "Kopenhagen" və "Luqano" növbəti mərhələdə

01:27

ÇL: "Sabah"ın rəqibi müəyyənləşdi

29 İyul 2026
23:58

Yuri Vernidub: “Nəyə qadir olduğumuzu göstərmək istəyirik”

23:32

Savinyo "Mançester Siti"dən ayrılmaq istəyir

22:43

Maluda "Sabah"dan getdi

22:08

Dünya çempionatı boykot edilə bilər

21:45

"Mərhələni adlamaq istəyiriksə..." - Qurban Qurbanov

21:13

"Liverpul"un hədəfindəki "Bornmut"lu ulduz

20:40

"Real Madrid"in yarımmüdafiəçisi İngiltərə yolunda

20:17

Bundesliqaya 1 milyard avroluq nəhəng investisiya

19:46

Ronaldu Səudiyyə Ərəbıstanında nə qədər qazanıb?

19:12

Cordan Henderson "Çelsi"yə keçir?

18:51

"Trabzonspor" "Qalatasaray"dan 3 milyon avro tələb edir

18:05

Noyer karyerasını nə vaxt bitirəcəyini açıqladı

17:47

"Şəfa"dan ayrıldı, 1-ci Liqa klubuna keçdi

Facebookdan bizi izləməyi unutmayın.
X