16:35 08.06.2026 1742

Azərbaycan gimnastları "AGF Trophy" və dünya kubokunda 3 "qızıl" qazandılar

Azərbaycan təmsilçiləri Milli Gimnastika Arenasında keçirilmiş akrobatika və aerobika gimnastikası üzrə FIG dünya kuboku və AGF Trophy kubokunda üç qızıl medal qazanıblar.

Fanat.Az xəbər verir ki, üç gün davam edən kubok yarışlarında akrobatika və aerobika üzrə ümumilikdə 14 ölkədən 220-yə yaxın, turnirdə isə 10 ölkədən 150-dən çox idmançı bacarıqlarını nümayiş etdirib.

Dünya kubokunda Azərbaycan millisi yarışı 1 qızıl medalla başa vurub. Anahita Bashiri, Zəhra Rəşidova və Nəzrin Zeyniyevadan ibarət qadın qrup rəqiblərini geridə qoyaraq 29.300 xalla qızıl medal qazanıb.

Ənənəyə uyğun olaraq, təsnifat mərhələsində ən yüksək icra xalını toplayan idmançılara AGF Trophy kuboku təqdim edilib. Aerobika gimnastikası üzrə fərdi proqramda kişilər arasında Anton Kolobov (Rusiya), qadınlarda Anastasiya Dmitriyeva (Rusiya), qarışıq cütlük proqramında Borislava İvanova və Hristo Manolov (Bolqarıstan), akrobatika gimnastikası üzrə isə qadın qrupumuz Anahita Bashiri, Zəhra Rəşidova və Nəzrin Zeyniyeva AGF Trophy kubokuna layiq görülüblər.

Aerobika gimnastikası üzrə favorit qarışıq cütlüyü Mədinə Mustafayeva və Vladimir Dolmatov 19.025 xalla yarışı 4-cü, Leyla Bejanova, Arzu Ağayeva və Xədicə Quliyevadan ibarət “üçlük” isə 17.588 xalla 4-cü pillədə başa vurub.

Beynəlxalq turnirdə isə Azərbaycan gimnastları akrobatika və aerobika növləri üzrə ümumilikdə 6 proqramda təmsil olundular. Yarışların yekun nəticələrinə əsasən, aerobika gimnastikası üzrə təmsilçilərimiz bir sıra uğurlu nəticələr əldə ediblər.

Yeniyetmələrin yarışında qarışıq cütlüklər proqramında Mədinə İbrahimli və Toğrul Gülmalıyev qızıl medal qazanaraq fəxri kürsünün ən yüksək pilləsinə yüksəliblər. Həmin proqramda çıxış edən Səma Hacızadə və Arif Məmmədzadə isə gümüş medala layiq görülüblər. Fərdi proqramda Arif Məmmədzadə qızıl, Toğrul Gülmalıyev isə gümüş medal qazanıb.

Yeniyetmələr arasında “üçlük” proqramında Ayan İskəndərli, Məryəm Əliyeva və Ayla İsmayılzadə bürünc medal əldə ediblər. Qrup proqramında çıxış edən Nuray Əliyeva, Aytən Nəsirzadə, Gülnur Ağalarova, Aliyə Cəfərli və Xədicə Ələsgərova da bürünc medala sahib olublar.

Gənclər yaş kateqoriyasında qrup proqramında mübarizə aparan Ayan Ağayeva, Fidan İbrahimova, Leyla Əhmədova, Aydan Məlikova və Təhminə İbrahimova da bürünc mükafat qazanaraq komandanın medal hesabını artırıblar.

Beləliklə, Azərbaycan gimnastları beynəlxalq turniri 2 qızıl, 2 gümüş və 3 bürünc medalla, dünya kubokunu isə 1 qızıl medalla başa vurublar.

Telegram Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol
Oxşar xəbərlər

Xəbər lenti

17 Sentyabr 2026
22:15

Todd Boli "Çelsi"dəki səhmlərini sataraq klubdan ayrıldı

21:34

Qazaxda "Grace of Nature" turniri keçiriləcək

21:09

Rafinya Messinin rekordunu qırdı

20:47

"Sumqayıt"ın futbolçusu 5 oyunluq cəzalandırılıb

20:26

I Liqa: "Səbail"ə 1 qol bəs etdi, "Gəncəbasar"dan darmadağın

19:39

Azərbaycan U-18 millisi seleksiya məqsədilə təlim-məşq toplanışı keçirəcək

19:12

"Luton Taun" "Arsenal"ın 16 yaşlı ulduzunu istəyir

18:54

"Barselona" əzəli rəqibinin bombardirinə göz dikib

18:05

Azərbaycan Basketbol Liqasında yeni mövsümün açılış oyununun tarixi bilindi

17:52

"Leo bu il "Qızıl top" mükafatını qazanmalıdır" - Devid Bekhem

17:31

UEFA Belarus komandalarına "yaşıl işıq yandırdı"

17:13

"Arsenal" Rodriqo marağından əl çəkmir

16:51

"Kəpəz" Əlisahib Əliyevlə peşəkar müqavilə bağladı - RƏSMİ

16:37

"Brayton"un baş məşqçisi MY üzərində geridönüşlə qazandıqları qələbəni belə dəyərləndirdi

16:18

Ramiz Məmmədov 3:0-ı şərh etdi

15:59

Yamal şəxsi rekordunu təkrarladı

15:41

"Qırmızı vərəqə aldığımız epizodda hakim doğru qərar verdi" - Rakif Əliyev

15:23

Valdas Dambrauskas ev oyununda bu futbolçuların xidmətindən yararlana bilməyəcək

15:04

Azərbaycan - Tacikistan: Açıq məşq və mətbuat konfransının vaxtı bəlli oldu

14:45

"İmişli"nin baş məşqçisi "Sabah"la oyun ərəfəsində qayğısızdır

14:28

Yürgen Klopp ilk seçimini etdi: Millətlər Liqası üçün iki heyət

14:10

"Zirə" "Turan Tovuz"a qarşı Erensiz oynayacaq

13:52

Azərbaycan Kubokunun finalı Gəncədə baş tutacaq

13:41

Rüstəm Məmmədov UEFA-nın seminarında iştirak edib

13:22

U-19-un Sloveniya toplanışı baş tutmayacaq - SƏBƏB

13:06

"Qırmızı vərəqədən sonra oyun birtərəfli hal aldı" - Rüstəm Məmmədov

12:53

"Qarabağ"ın qarşıdakı oyuna neçə itki ilə çıxacağı açıqlandı

12:35

Marko Asensio ilə bağlı qərar verildi

12:26

"Üç oyunda 5 qırmızı vərəqə almağımız çox pis göstəricidir" - "Zəngəzur"un məşqçisi

12:07

Osimhen "Qalatasaray"ı ÇL-in qalibinə dəyişə bilər

11:48

"Barselona" 111 il sonra bunu bacardı - Rekord

11:29

Aleksander-Arnold "Liverpula" geri qayıdır

11:10

Həftəiçi oyunlar bu kanallarda - AFİŞA

10:51

Orkun Kökçü "Olimpik Marsel"ə qarşı oynayacaq? - SON DURUM

10:30

"Sabahın Ulduzları": Sonuncu yarımfinalçı kim olacaq?

10:09

Messi final matçında belə yadda qaldı - VİDEO

09:48

1-ci Liqa: Çempionluğa iddialıların hamısı qonaq gedir

09:25

"Zədəmi tam sağaldıb qayıtmağı düşünürəm" - Elvin Yunuszadə

09:00

AL: "Beşiktaş" "Olimpik Marsel"lə qarşılaşır

02:08

La Liqa: "Barselona" 9 qollu matçdan qalib ayrıldı

Facebookdan bizi izləməyi unutmayın.
X