İyunun 6-dan Bakı Olimpiya Stadionunun əsas meydanında məşq edən Azərbaycan millisi AÇ-2024-ün seçmə mərhələsi çərçivəsində Estoniyaya qarşı keçiriləcək matçın hazırlıqlarını davam etdirir.
Fanat.Az-ın məlumatına görə, bu gün yığmaya daha iki futbolçu qoşulub.
Zaqreb "Dinamo"suna məxsus olan, mövsümün ikinci yarısını icarə əsasında "Konyaspor"da keçirən Mahir Emreli və İsveçrə "Qrasshopper"i ilə müqaviləsinin müddəti başa çatan Renat Dadaşov çalışmalara start verib.
Seçməyə dəvət alanlardan yaınız bir futbolçu hazırda məşqlərdən kənarda qalıb ki, bu da Cənubi Koreyanın "Daejon Hana" klubunda forma geyinən Anton Krivotsyukdur. Milliləşdirilmiş ukraynalı müdafiəçinin iyunun 12-də da Azərbaycana gələcəyi gözlənilir.
Qeyd edək ki, milli indilik yalnız məşqlərlə kifayətlənir. Təlim-məşq toplanışına iyunun 13-də start veriləcək.