16:29 15.04.2024 305

İcraiyyə Komitəsi nəyi gözləyir?

Aprelin 2-də yeni tərkibdə ilk yığıncağı baş tutan AFFA İcraiyyə Komitəsinin növbəti iclası yubanır. 

Fanat.Az xəbər verir ki, önəmli məsələlərin müzakirəsi və qərarların verilməsi üçün yenidən toplaşması vacib olan AFFA-da sözügedən tədbir mayın əvvəlinə planlaşdırılır. 

Həmin vaxt ölkə futbolunun gələcəyini müəyyən edəcək bir sıra qərarlar verilməlidir. Çempionatda komanda sayı, reqlament, AFFA daxilində kadr və struktur dəyişiklikləri, təyinatlar həmin vaxta kimi dəqiqləşəcək, İK-da rəsmi təsdiqini tapacaq.

Lakin bəzi məsələlər var ki, daha tez həll olunmalıdır. Məsələn, milli komandaların hamısının başsız qalması faktdır. Əsas milliyə sabiq baş məşqçi Canni de Byazinin köməkçisi olmuş Arif Əsədov rəhbərlik edir. Lakin onun müqaviləsi olmadığından və yeni baş məşqçinin əcnəbi mütəxəssis olacağını bildiyindən, milli üzvlərini izləməsi, növbəti toplanış üçün hazırlıq planı tərtib etməsi absurddur.

Aşağı yaş qrupları üzrə milli komandalarda da eyni vəziyyətdir. Məşqçilərlə müqavilələr ilin əvvəlində bitib, onlar daxili əmrlə daha 3 ay postunda saxlanılıb. Amma aprelin 1-dən həmin müddət də başa çatıb. Bu səbəbdən yığmalar başsızdır, təyinatı təsdiqlənməyən məşqçilərin işə can yandıracağı da inandırıcı görünmür.

Bu səbəbdən İK-nın mayı gözləmədən yığışması, ən azı milli komandalarla bağlı qərar verməsi lazımdır. Əsas komandayla bağlı proses uzun çəkə bilər, amma toplanışları sıralanan aşağı yaş qrupları ilə bağlı durum fərqlidir.

Ümumiyyətlə, islahatları start götürdüyü bir zamanda İcraiyyə Komitəsinin daha aktiv olması, tez-tez yığışması yaxşı olardı. AFFA-dakılar isə sələflərinin yolu ilə gedir – qərarlar kabinetlərdə verilir, daha sonra rəsmiləşmə üçün komitə üzvləri bir araya gələcək.

(Futbolinfo)

Redexphoto
Oxşar xəbərlər

Xəbər lenti

30 Aprel 2024
23:14

İki Azərbaycan idmançısı Paris - 2024-ə vəsiqə qazandı

23:09

ÇL: "Bayern" - "Real" matçında qol yoxdur - YENİLƏNİR

21:20

"Ten Haq Ronaldu ilə münaqişədən sonra hörmətini itirdi"

20:00

"Mabppe ilə finalda qarşılaşsaq, onu qazona yaxacam" - Antonio Rüdiger

19:27

Azərbaycan millisi Rumıniyaya uduzdu

18:45

"Barselona" qışda aldığı futboloçunu göndərir

18:07

Kan "Bayern" - "Real" duelindən öncə paylaşım etdi

17:41

Ülviyyə Avropa çempionu oldu, FIDE reytinqində irəlilədi

17:23

Stolüstü tennis üzrə Azərbaycan birinciliyi keçiriləcək

17:02

İnsident zamanı Salahın Kloppa nə dediyi məlum oldu

16:42

Azərbaycan millisi yoldaşlıq oyunu keçirəcək

16:23

"Bu oyunun favoriti "Bayern"dir" - Lotar Matteus

16:04

"Səkkizillik müqavilələr bütün tərəflərdən çox pisdir" - Nevill "Çelsi"ni tənqid etdi

15:49

“Prezident Kuboku 2024” beynəlxalq reqatasının paradı keçirildi

15:28

"Fire League": Qrup mərhələsi başa çatdı

15:10

Levandovski "Barselona"nın tarixinə düşdü

14:52

"Qarabağ"la son oyunlarımızı analiz edəcəyik" - Ağadadaş Salyanski

14:33

"İdmançılarımız avarçəkmədə elə nəticələr əldə edirlər ki..." - Elman Nəsirov

14:15

Ronaldo "Kruzeyro"nun səhmlərinin nəzarət paketini satdı - Növbədə "Valyadolid"dir

13:57

"Lester"dən tarixi rekord - "Mançester Siti"ni geridə qoydular

13:39

"Onlar "Arsenal"a qarşı möhtəşəm oynadılar" - Ançelotti 

13:21

"Zommerin belə çıxışı bizim üçün sürpriz olmadı" - Pyero Auzilio

13:03

Xavi Levandovskinin het-trikinə belə reaksiya verdi

12:46

"Milan"ın müdafiəçisinin gedib-getməyəcəyi dəqiqləşdi

12:10

"Liverpul"un yeni baş məşqçisi bu tarixdə açıqlanacaq - Rekord məbləğdə təzminat

11:51

"Bayern"ə "Mançester Siti" qədər hörmət edirik" - Valverde

11:33

"Qarabağ" - "Neftçi" oyununun məkanı dəyişdi

11:24

"Siti" möhtəşəm komandadır, ancaq onlar da ideal deyillər" - Bukayo Saka

11:07

"Prezident Kuboku-2024": Beynəlxalq reqataya hazırlıqlar başa çatdı

10:48

PSJ Raşfordla bağlı qərarını verdi

10:29

"Real" Arissabalaqanın yerinə türk qapıçı alır - SON DURUM

10:10

Həftəiçi oyunlar bu kanallarda - AFİŞA 

09:48

Qızıl medal qazanan Azərbaycan şahmatçısı mükafatlandırıldı

09:00

Güzəştsiz mübarizə intiriqanı bir az da artırdı – Tura baxış

08:30

"İndi deyə bilərəm ki..." - Levandovski son nöqtəni qoydu

01:25

"Barselona"dan inamlı qələbə

00:57

A Seriyasında tura darmadağınla yekun vuruldu

29 Aprel 2024
23:58

"Uembli"yə yollanmaq istəyirik, inamımız çoxdur" - Tuxel "Real"ı necə yenmək istədiklərini dedi

23:50

"Antalyaspor" darmadağına məruz qaldı

23:03

"Bayern" - "Real" matçının hakimləri bilindi

Facebookdan bizi izləməyi unutmayın.
X