15:10 04.08.2021 977

“Hədəf ilk “üçlüy”ə düşməkdir” - Yaşar Vahabzadə

"Kəpəz” iki gündü növbəti mövsümün hazırlıqlarına başlayıb. Komanda məşqlərini Gəncədə davam etdirir. I Divizion klubu Premyer Liqaya əsas iddialılardan biridir. Hər halda, "Kəpəz” yay fasiləsində transfer çalışmaları baxımından hamıdan fəal olub.
 
Bəs komandanın qarşısına hansı hədəf qoyulub? Transferlər tamamlanıbmı? 

"Sarı-göylər”in baş məşqçisi Yaşar Vahabzadə Fanat.Az-ın bu suallarını cavablandırıb:

- Məşqlər necə keçir? Hazırlığa neçə futbolçu ilə başlamısınız?
- Hələlik yeni başlamışıq. Əsasən fiziki hazırlığın yaxşılaşdırılmasına çalışırıq. Hazırda düşərgədə 19 futbolçu var. Yeni transferlərimizin hamısı toplanışda iştirak edir.

- Mümkünsə, yeni transferləri bizim üçün dəyərləndirərdiniz.
- Ötən mövsümün sonunda komanda dağılmışdı. Heyətin yarıdan çoxu ilə yolları ayırmışdıq. Təbii ki, belədə seleksiya aparmaq lazım gəlirdi. Demək olar, bütün mövqeyə oyunçu götürmüşük. İbrahim Qədirzadə və Vüqar Həsənov bacarıqlı müdafiəçilərdi. Nicat Süleymanov, Tural Rzayev və Cavid İmamverdiyev orta sahədə gücümüzə güc qatmalıdır. Hücum xəttində isə Bəhruz Teymurovun qolçuluq bacarığına bel bağlayırıq. Divizion təcrübəsi var, liqanın bombardirlərindən olub. Qapıçı mövqeyi ilə bağlı problemi də yoluna qoymuşuq. 

- Elməddin Soltanovu qaytardınız? 
- Yox, Elməddin bizdə icarədə idi, mövsüm başa çatandan sonra "Qəbələ”yə döndü. Qapıçı mövqeyinə onun komanda yoldaşı Müşfiq Nadirovu götürdük. "Qəbələ”nin 19 yaşlılarının qapıçısıdı. 

- Deməli, transferləri tamamlamısınız?
- Bir futbolçu da götürüb bitirəcəyik. Əslində, komanda üzvlərinin sayı 23-24-ə çatdıracağıq. Ancaq 3-4 uşaq öz U-19-umuzun üzvü olacaq. Aralarında bacarıqlı, istedadlı olanlar var. Kənardan isə 1 transfer planlaşdırmışıq. 

- Adını açıqlaya bilərsiniz?
- Hələlik deyə bilmərəm. Çünki dəqiqləşməyib. Onu deyə bilərəm ki, müdafiəçi axtarışındayıq. 

- Rəhbərlik bu qədər transferə şərait yaradıbsa, yəqin sizin qarşınıza hansısa hədəf qoyulub.
- Təbii ki. Rəhbərliklə görüşmüşük. Komandanın qarşısına ilk "3-lük”də yer tutmaq vəzifəsi qoyulub. Düşünürəm ki, bu hədəfə çata bilərik. 

- Son illər bir qayda olaraq, divizionun qalibləri Premyer Liqaya buraxılmır. "Kəpəz”i elitada görə biləcəyik?
- Buna inanırıq. Klubdaxili toplantıda bu məsələ də müzakirə olundu. Rəhbərlik tərəfindən buna uyğun addımlar atılır. Klub lisenziyalaşdırmanın tələblərini yerinə yetirmək istiqamətində çalışır. Biz öz tərəfimizdən nə lazımdırsa, edəcəyik. Sonda nə qərar veriləcək, bunu zaman göstərəcək. İnanıram ki, "Kəpəz” azarkeşlərinin arzusu həyata keçəcək.

Mirağa Mirzəyev

Redexphoto
Oxşar xəbərlər

Xəbər lenti

09 May 2024
09:00

"Real" - "Bayern" matçının ən yaxşısı bilindi

01 Yanvar 1970
04:00

04:00

00:46

ÇL-in finalında "Real"la "Borussiya" qarşılaşacaq 

08 May 2024
23:50

Medina "Qarabağ"la müqavilə yeniləyib? - AÇIQLAMA

22:40

KL: "Fiorentina" finalda!

21:21

Virts "Real"a nə vaxt keçəcək?

21:00

Samir Nəsri əfsanəvi almanın bu planının üstünü açdı

19:35

Serb futbolçu "Yuventus"u tərk edəcək, İtaliyanı yox

18:44

İngiltərə nəhənginin yeni baş məşqçisi bilindi - Rəsmi qərar bu tarixdə açıqlanacaq

17:55

“Borussiya”nın kapitanı olduğum üçün çox fəxr edirəm" - Emre Can

17:37

"Çelsi" forvardını satışa çıxardı

17:16

"Biz yalnız Kroosa yox, mütəşəkkil komandaya qarşı oynayacağıq" - Tomas Tuxel

16:54

"Almaniyaya tez gəlsəydim, Musalanı İngiltərə millisində oynamağa razı salardım" - Harri Keyn

16:23

PFL ilə "YAŞAT" Fondu arasında memorandum imzalandı

16:14

İstanbul nəhəngi "Çelsi" ilə anlaşdı - SON DURUM

15:55

Azarkeşlər Palmeri seçdilər

15:36

Rüfət Quliyevi əvəzləyəcək şəxs bilindi  

15:17

"Barselona"da fikir ayrılığı: Laporta və Deku Xavi ilə razılaşmadılar

14:58

"Qorxmuruq, kimə qarşı oynadığımızın fərqindəyik" - Manuel Noyer

14:40

Bölgə klubunda radikal dəyişiklik - Əsgər Abdullayev də gedir

14:21

DİN və DTX əməkdaşları AFFA-da

14:05

"Qapıya 31 zərbə endirsək də..." - Enrikedən emosional məğlubiyyət şərhi

13:48

Futzal turnirinin qalibi bilindi

13:31

"Nə deyəcəyimi bilmirəm" - Vitinya

13:14

Almaniya futbolu tarixində Hummels kimisi olmamışdı

12:57

PSJ-dən maraqlı antirekord

12:44

"Kəpəz"in 2 legionerinə ağır cəza verildi, klub 8500 manat cərimələndi

12:32

AFFA "Turan Tovuz"un legionerini 4 oyunluq kənarlaşdırdı

12:20

"Qarabağ" ilə "Neftçi" barədə ölçü götürüldü: 5800 manatlıq cərimə 

12:02

Qadın boksçulardan ibarət Azərbaycan yığması Almatıya yollandı

11:45

"Jirona" ÇL-ə buraxılmır - SƏBƏB 

11:26

"Şadam ki, indi azarkeşlərimizə olan borcumuzu qaytara bilərik" - Edin Terziç

11:08

"Üzgün və kədərliyik" - Kilian Mbappe

10:33

Yoahim Löv: "Final fitindən sonra tualetə qaçdım"

10:12

"Borussiya" Parisi də fəth etdi - VİDEO

09:49

Həftəiçi oyunlar bu kanallarda - AFİŞA

09:25

ÇL-in tarixində ikinci dəfə - Yenə "Borussiya"

01:20

“Beşiktaş” finala yüksəldi

00:53

Çempionlar Liqası: "Borussiya" Parisi susdurub finala yüksəldi 

Facebookdan bizi izləməyi unutmayın.
X