Boks üzrə Avropa çempionu və Beynəlxalq Boks Federasiyasının qitələrarası kəmərinin sahibi Besar Nimani öldürülüb.
Fanat.Az “Der Spiegel”ə istinadən xəbər verir ki, hadisə Almaniyanın Bilefeld şəhərində baş verib.
Belə ki, 38 yaşlı sabiq boksçu bərbərdən çıxdıqdan sonra evinə gedərkən şəhərin mərkəzində aldığı güllə yaralarından ölüb. Polis hadisəni araşdırsa da, indilik hadisəni kimin törətdiyi məlum deyil.
Nimani 2013-cü ildə də silahlı hücuma məruz qalmışdı.
Qeyd edək ki, Kosovo vətəndaşı olan Besar 1997-ci ildə Almaniyada yaşayırdı. O, peşəkar karyerasına 2019-cu ildə son qoyub.