İngiltərə Premyer Liqasının 33-cü turunda "Aston Villa"ya uduzaraq (0:2) çempionluq uğrunda mübarizədə ciddi zərbə alan "Arsenal"ın ukraynalı müdafiəçisi Aleksandr Zinçenko azarkeşlərin qınağına tuş gəlib.
Fanat.Az xəbər verir ki, "topçular"ın fanatları klubun rəsmi "X" hesabında yerləşdirdiyi nəticəyə sözügedən oyunçu ilə bağlı şərhlər yazıblar.
Onlardan bir neçəsi ilə siz də tanış olun:
Raf: "İstəyirəm ki, Zinçenko mənim klubumdan getsin. Xahiş edirəm".
Eduardo Hagn: "Zinçenkonu heyətdən uzaqlaşdırmaq lazımdır. O, yeriyən səhvdir".
Occultrealms: "Zinçenkoya niyə oynamaq imkanı yaradılır? O, 75 faiz rəqib komandadan oynayır".
Jack Saishi: "Zinçenkonun pis çıxışı üzündən təəssüf ki, "Arsenal" bu gün qol vura bilmədi".
Mo: "Zinçenko elə görünür ki, sanki rəqib komandanın futbolçusudur".
Qeyd edək ki, hazırda 71 xalı olan "Arsenal" İPL-in turnir cədvəlində 2-ci pillədə mövqe tutub. "Topçular" lider "Mançester Siti"dən 2 xal geri qalırlar.
Nihat