"Mançester Yunayted"in vingeri Entoni zədə səbəbindən İngiltərə Premyer Liqası çərçivəsində "Bornmut"la matçda (2:2) iştirak etməyib.
Fanat.Az "90Min"-ə istinadən xəbər verir ki, bu zədə cari mövsümdə “qırmızı şeytanlar”ın düşərgəsində 57-ci belə hal olub.
Braziliyalı cinah oyunçusunun xəstəxanada nə qədər qalacağı hələlik məlum deyil.
Entoni sonuncu dəfə aprelin əvvəlində “Çelsi”ylə matçda “Mançester Yunayted”in heyətində meydana çıxmışdı. 24 yaşlı futbolçu ümumilikdə bu mövsüm 33 oyuna çıxıb, 2 qol vurub və 2 məhsuldar ötürmə edib.
Mirağa