Müqavilə ilə "Milan"a məxsus olan, cari mövsüm icarə əsasında "Atalanta"nın formasını geyinən Şarl De Ketelare daimi əsasda Berqamo təmsilçisinə keçmək perspektivini dəyərləndirib.
Fanat.Az xəbər verir ki, belçikalı futbolçu HLN telekanalına danışıb:
"Atalanta" 23 milyon avro ödəyərək məni ala bilər, amma bu, onların işidir. Burada qalmaq istəyərdim, çünki "Atalanta"da xoşbəxtəm. "Milan2a dönməyə gəlincə, əlbəttə ki, söhbət böyük klubdan gedir, ancaq mən oynamaq istəyirəm. 23 yaşım var, ehtiyatda qalmaq istəmirəm".
Qeyd edək ki, cari mövsüm "Atalanta" forması ilə bütün turnirlərdə 36 oyuna çıxan De Ketelare 10 qol və 8 məhsuldar ötürmə ilə yadda qalıb. Onun "Milan"la müqaviləsinin müddəti 2027-ci ilin yayına qədərdir. "Transfermarkt" portalı sözügedən futbolçunun transfer qiymətini 30 milyon avro ilə dəyərləndirir.
Nihat