PSJ-nin prezidenti Nasser Əl-Xelaifi komandasının Çempionlar Liqasının 1/4 final mərhələsinin cavab oyununda “Barselona” üzərində qazandığı qələbədən (4:1) danışıb.
Fanat.Az xəbər verir ki, ərəb funksioner UEFA-nın mətbuat xidmətinə açıqlamasında təəssüratlarını belə çatdırıb:
"Bu, klub üçün əla göstəricidir. Burada qalib gəlmək asan deyil, amma komandaya arxayın idim. İlk oyundan əvvəl, ondan sonra, bugünkü oyundan əvvəl, ilk qoldan sonra arxayın idim.
13 ildir görmədiyim bir şey gördüm - hamı bir yerdə idi, hamı bir-biri üçün vuruşurdu. Əla atmosfer, möhtəşəm duyğular..."
Qeyd edək ki, Parisdə 2:3 hesabı ilə uduzan rəqib meydanında 4:1 qalib gələrək yarımfinala adlayıb.
Mirağa