"Liverpul"un hücumçusu Məhəmməd Salah İngiltərə Premyer Liqasının 35-ci turu çərçivəsində bu gün "Vest Hem"ə qarşı keçirdikləri matçda (2:2) "qırmızılar"ın baş məşqçisi Yürgen Kloppla mübahisə etməsinə münasibət bildirib.
Fanat.Az xəbər verir ki, onun sözlərini tanınmış insayder Fabritsio Romano şəxsi "X" hesabı üzərindən belə çatdırıb:
"Nə baş verdiyini bu gün desəm, yanğın olacaq".
Xatırladaq ki, hadisə matçın 82-ci dəqiqəsində qeydə alınıb. Ehtiyatdan oyuna qoşulmağa hazırlaşan musirli ulduzu komanda yoldaşları - Darvin Nunyeslə Co Qomes sakitləşdiriblər.
Nihat