“Red Bull” komandasının pilotu Maks Ferstappen Formula 1 üzrə dünya çempionatının 10-cu turu olan Böyük Britaniya qran-prisinin qalibi olub.
Fanat.Az xəbər verir ki, ikinci yeri “Maklaren”dən britaniyalı Lando Norris tutub.
Üçüncü yerdə “Mersedes” komandasının britaniyalı pilotu Luis Hamilton qərarlaşıb.
Qran-prinin növbəti mərhələsi iyulun 21-dən 23-dək Macarıstanda keçiriləcək.