16:29 23.06.2023 740

Millətlər Liqasında mövsüm başa çatdı: Nələr yadda qaldı?

(Yazı "Uşaq və gənclərin fiziki və mənəvi inkişafı” mövzusu üzrə hazırlanıb)

Millətlər Liqasında 2022/2023 mövsümü başa çatdı. 19 iyun tarixində turnirin fianl qarşılaşması keçirildi. Həlledici görüşdə Xorvatiya və İspaniya milliləri qarşılaşdı.

Final qarşılaşmasının əsas vaxtında qapılara qol vurulmadı. Bu üzdən əlavə vaxt təyin olundu. Əlavə vaxtda da qalib müəyyənləşmədiyindən, penalti seriyasına ehtiyac duyuldu. 11 metrlik zərbələri daha dəqiq yerinə yetirən ispanlar çempionluğu bayram etdilər.

Üçüncü yer uğrunda qarşılaşma isə Niderland ilə İtaliya yığmaları arasında keçirildi. Beş qolun qeydə alındığı bu matçdan qalib ayrılan İtaliya yığması bürünc medallara sahib çıxdı.

Fanat.Az millimiz də qatıldığı turnirin yadda qalan anlarını təqdim edir: 

16 dekabr 2021-ci il tarixində Millətlər Liqasında 2022/2023 mövsümünün püşkü atıldı. C Liqasında yer alan yığmamız püşkatmaya 3-cü səbətdən qatıldı. Seçməmiz C liqasının C qrupunda Slovakiya, Belarus və Qazaxıstan-Moldova cütünün qalibi ilə mübarizə aparacaqdı.

C Liqası, 3-cü qrup

3 iyun
22:45. Slovakiya - Belarus
18:00 / 22:45. Qazaxıstan/Moldova cütünün qalibi – Azərbaycan

6 iyun

22:45. Slovakiya - Qazaxıstan / Moldova
22:45. Belarus – Azərbaycan

10 iyun

20:00. Azərbaycan – Slovakiya
22:45. Belarus - Qazaxıstan / Moldova

13 iyun

18:00 / 22:45. Qazaxıstan / Moldova - Slovakiya
20:00. Azərbaycan – Belarus

22 sentyabr

18:00 / 22:45. Qazaxıstan / Moldova - Belarus
22:45. Slovakiya – Azərbaycan

25 sentyabr

20:00. Azərbaycan – Qazaxıstan/Moldova cütünün qalibi.
20:00. Belarus - Slovakiya.

Püşklə bağlı danışan yığmamızın baş məşqçisi Canni De Byazi komandamızın kifayət qədər balanslı qrupa düşdüyünü bildirmişdi: “Slovakiya millisinin qrupun favoriti olduğunu deməklə, yəqin ki, yeni nəsə demiş olmayacağıq. Belarus və Qazaxıstan-Moldova cütünün qalibi ilə gərgin mübarizə aparacağıq. Lakin düşünürəm ki, mövsümün sonuna doğru yaxşı formada olsaq, qrupda sözün yaxşı mənasında öz sözümüzü deyə bilərik".

Qeyd edək ki, pley-off mərhələsində Qazaxıstan Moldovanı üstələyərək (2:1; 0:1. pen.5:4) Azərbaycana rəqib oldu.

***

3 iyun 2022-ci il tarixində Azərbaycan millisi Millətlər Liqasında ilk oyununu keçirdi. Seçməmiz səfərdə Qazaxıstan yığmasının qonağı oldu. Oyun rəqibin 2:0 hesablı qələbəsi ilə sona çatdı. 

Canni De Byazi komandamızın məğlubiyyətini belə şərh etmişdi: “Məğlub olanda səhv məşqçinin olur. Bu adətən belə olur. Bu gün ilk əsas heyətin futbolçuları oyuna çox yaxşı başladı. Təəssüf ki, hücumları məhsuldar sonluqla yekunlaşdırmağı bacarmadıq. İmkanlarından yararlana bilmirsənsə, bu, sonradan sənə problem yaşadır. Qələbə qazanmaq istəyirsənsə, ələ düşən imkanları dəyərləndirməlisən. Həmçinin şans amili də öz rolunu oynadı. Heç nədən kuryoz qol buraxdıq və bu, futbolçularımızı əsəbləşdirdi. Çox keçmədən də ikinci topu buraxdıq".

***

Millimiz C Liqasının 3-cü qrupunda ikinci oyununu Belarus seçməsinə qarşı keçirdi. Serbiyanın Novi Sad şəhərində yerləşən “Karadjordje” stadionunda keçirilən görüşdə qapılara qol vurulmadı - 0:0. Matçda Qismət Alıyev 84-cü dəqiqədə qırmızı vərəqə alaraq komandamızı azlıqda qoydu.

Yığmamız qrupun üçüncü matçında Slovakiya ilə üz-üzə gəldi. Rəqib "Dalğa Arena"da keçirilən görüşün 81-ci dəqiqəsində Vladimir Uaysın vurduğu qol sayəsində 3 xal qazandı. 

Millətlər Liqasında keçirdiyi 3 oyunun heç birində qələbə qazana bilməyən yığmamızın italiyalı çalışdırıcısı Slovakiya ilə oyunu və qrupdakı vəziyyətimizi belə izah etmişdi: "Doğma meydandakı oyunların əksəriyyəti güclü komandalara qarşı olub. Özümüzdən güclü komandalara qarşı oynamışıq. Hamısında əlimizdən gələni etmişik. Millətlər Liqasındakı ilk iki oyunda da çoxlu imkanlarımız olub. Bunlardan daha yaxşı istifadə etməli idik.

Hər şeyi yaxşı analiz etməliyik. Rəqibin güclü olduğunu bilirdik. 20 dəqiqədən sonra sonra heç də pis oynamadıq. İlk hissənin axırlarında qol da vura bilərdik, imkanlarımız oldu. Fasilədən sonra rəqib ustalığını göstərdi. Amma bütün oyun boyu mübarizə apardıq. Əminəm ki, bundan daha artığını edə bilərdik. Mən də qələbə istəyirəm. Amma görünür ki, bu asan deyil. Günahkar axtarmaq düzgün deyil. Mən də istərdim kimlərinsə səhvlərindən danışım. Dünən 100-cü məşqimizi etdik. 4 məşqdən bir oyuna çıxırıq. Futbolçular yaxşı fiziki formada deyillər.

Oyundan sonra uşaqlara dedim ki, ilk 20 dəqiqəni çıxsaq, qorxaraq oyun oynamadıq. Əvvəlki matşlarda da dominant idik. İki oyuna 30 zərbə vurmuşduq. Rəqəmlər bizi aldada bilməz. Bu, faktdır. Məncə, komandada yaxşılığa doğru nəsə dəyişilib. 2003 təvəllüdlü uşaqlar əsas komandada oynayır. 

Maksim Medvedev ardıcıl ikinci oyunda əvəzlənməsini istədi. Mövsümün sonudur, yorğunluqlar ola bilər. Təəssüf ki, Qismət Alıyev bizimlə olmayacaq. İstirahət etmək istədiklərini başa düşürəm, amma qələbə üçün çalışmalıyıq. Belarusla oyunda məğlubiyyət seriyasını qırdıq. Əslində qalib də gələ bilərdik. Mən indi çox əsəbiyəm. Uduzmaqdan zəhləm gedir. Bütün oyunçularımız məysdur. 

3 oyun keçirmişik, qarşıda  da 3 matçımız var. Onları düşünürük. Heç kim deməmişdi ki, 1-ci yer uğrunda vuruşacağıq. Belarusla oyunumuz var. Qalib gəlməyə çalışacağıq. Qazaxıstanı da Bakıda məğlub etməyə çalışacağıq". 

***

Millimiz Millətlər Liqasının II dövrəsinə Bakıda start verdi. İlk üç oyunda qələbə qazana bilməyən, üstəlik, rəqib qapılarına qol vurmayan millimiz 13 iyun 2022-ci il tarixində Belarus seçməsini qəbul etdi. "Dalğa Arena"da keçirilən qarşılaşma Mahir Emreli və Ramil Şeydayevin vurduğu qolların hesabına yığma komandamızın 2:0 hesablı qələbəsi ilə nəticələndi. Görüş qrup sonuncusu olmamaq baxımından əhəmiyyət kəsb edirdi. Bu qələbədən sonra millimiz 4 xalla 3-cü pilləyə yüksəldi.

Qələbədən sonra üzü gülən De Byazi hisslərini belə ifadə etmişdi: "Nəhayət qələbə qazana bildik. Mən sevinirəm. Siz də sevinirsiniz? Əsasən özüm üçün yox futbolçuların əvəzinə sevinirəm. Çünki onlar bu qələbəyə  layiq idi. 11 gün ərzində 4 oyun keçirdik. Ağır görüşlər oldu. Mövsümün sonu olduğu səbəbindən çox çətin idi.  Amma bu gün qalib gələ bildik. Maraqlı məqam odur ki, Belarusiyada ölkə çempionatı hələ davam edir. Qazaxıstana qarşı da yaxşı oynamışdıq. Amma şanslardan istifadə edə bilmədik və bu, bizə baha başa gəldi. 

Bu gün ketfiyyətli oyun keçirdik. Qol vuran futbolçulardan başqa başqa Aleksey İsayev və Coşqun Diniyevi xüsusi qeyd etməliyəm. Start heyətdə meydana çıxanlar da sonadək vuruşdular. Bu, Slovakiya ilə matçdan sonra çətin idi. Amma oyunçular bunu bacardılar. Qalib gəlmişik deyə rahatlaşmamalıyıq. Bunu davam etməlidir. Əvvəlki oyunlarda da yaxşı oynamışdıq. Sizin üçün nəticə önəmlidir. Amma biz bu məsələyə kompleks şəkildə yanaşırıqDüşünürəm ki, komandanın inkişafı üçün bir yerdə daha çox oynaması vacibdir".

***

Azərbaycan yığması qrupdakı son iki oyununu sentyabr ayında keçirdi. Əvvəlcə ayın 23-də Slovakiyanın qonağı oldu. Rəqib lider Qazaxıstana yaxınlaşmaq üçün Trnavada qələbə qazanmağı hədəfləsə də, millimiz uzun fasilədən sonra rəqib meydanında 3 xala sevinməyə müvəffəq oldu. Bu zəfər sayəsində Azərbaycan turnir cədvəlində slovakları qabaqladı. Qrupun digər oyununda Qazaxıstan öz meydanında Belarusu 2:1 hesabı ilə məğlub edərək B Liqasına vəsiqəni təmin etdi.

Millimiz Slovakiya ilə matçdan iki gün sonra isə Qazaxıstanla qarşılaşdı. Bu görüşdə qələbə son iki matçında zəfərə sevinən yığmamıza qrup ikinciliyini qorumaq baxımından vacib idi. Təmsilçimiz ilk yarıdan azlıqda qalan rəqibini 3 cavabsız qolla yenərək istəyinə çatdı. 

Qrup mərhələsinin sonunda xal durumu belə oldu: Qazaxıstan – 13. Azərbaycan, 10. Slovakiya – 7. Belarus – 3.

"Çox yaxşı oynadıq. İlk hissədə topla tez davrana bilmirdik. İkinci hissədəki dəyişikliklərdən sonra istədiyimizi həyata keçirdik. Hamımız 2-ci yer haqqında düşündürdük. Çünki Slovakiya qrupun favoriti idi. Təəssüf ki, ilk matçda Qazaxıstana uduzduq. Biz 1-ci yer uğrunda mübarizə apara bilərdik. Fikrimcə, 6 oyunun hamısında yaxşı təsir bağışladıq", - deyə 66 yaşlı Canni De Byazi sonuncu matçınız haqda bildirdi. 

***

Millətlər Liqası dönəmində diqqət çəkən məqamlardan biri də baş məşqçisi Canni De Byazinin son iki turda Slovakiya və Qazaxıstanla oyunlara "Qarabağ"ın təcrübəli futbolçusu Qara Qarayevi dəvət etməməsi oldu. 66 yaşlı italiya mütəxəssis Slovakiya ilə oyundan əvvəl iştirak etdiyi mətbuat konfransında məsələyə üstüörtülü şərh verdi: "Qara Qarayev milliyə çağırılmamasının səbəbini yaxşı bilir. Ola bilər ki, bilmədiyini desin, amma bildiyinə əminəm”. 

Məsələ Qazaxıstanla oyundan əvvəlki mətbuat konfransında da gündəmə gətirilirdi. Lakin o zaman da De Byazi səbəbi ictimaiyyətə açmadı: "Qarayevin milliyə çağırılmaması barədə çox danışmaq istəmirəm. Özü soruşsa, deyərəm. Amma soruşmayıb. Qara səbəbi sizdən də, məndən də yaxşı bilir. Heç vaxt komandada olan sirri aça bilmərəm. Bu, düzgün deyil. Belə etsək, böyük bir komanda qura bilmərik. Bunu intriqa yaradan insanlar danışır. Bəzən güzgüyə baxıb, nəyi düzgün etdiyimi fikirləşirəm. Digər insanlar da belə davranmalıdır. Mən iki dəfə dedim, anlamadınız. Olar, komandanı bildiyim kimi idarə edim? Sonra kənarda bir saat danışa bilərik. Mən əvvəl jurnalist olmuşam. Sanki başqa dünyadayıq, bir-birimizi anlamırıq".

Azərbaycan millisinin futbolçusu Qara Qarayev baş məşqçi Canni De Byazi ilə arasındakı gərginliyin səbəbini özü açıqladı. 30 yaşlı yarımmüdafiəçi İctimai Televiziyada yayımlanan "Bol idman" verilişində problemin məşq vaxtı italiyalı mütəxəssisin ona dediyi sözlərdən qaynaqlandığını bildirdi. "Qarabağ"ın üzvü 66 yaşlı baş məşqçinin ona boyunun balaca olduğunu və həmin mövqedə ucaboy futbolçu oynatmaq istədiyini söylədiyini dedi: "Bu söhbət federasiya rəhbərliyi və mətbuat katibinə yaxın yerdə oldu. İctimai rəyi mənim üstümə yönləndirməyini heç vaxt qəbul etməmişəm. De Byazinin dediyi kimi, özüm bilirəm. Hətta çox şeyi bilirəm. Sadəcə, bilmirəm ki, bunlar kimin daha çox ziyanına və ya xeyrinə işləyəcək".

Milli komandanın çalışdırıcısı ilə daha bir gərginlik Azərbaycan millisinin və "Qarabağ"ın kapitanı Maksim Medvedev arasında yaşandı. Millətlər Liqasının son turunda tərflər arasında baş verən anlaşılmazlığa Medvedev İctimai TV-də yayımlanan "Bol idman" verilişində aydınlıq gətirdi. 33 yaşlı müdafiəçi italiyalı mütəxəssisin həftəboyu bir taktika ilə işləyib, oyuna 1-2 gün qalmış sistemi dəyişdiyindən narazı olduğunu dilə gətirdi: "Matçdan sonra De Byaziyə yaxınlaşdım. Oyunu müzakirə etməyə başladıq. Dedim ki, sən eksperiment aparırsan, əziyyəti isə biz çəkirik. Oyunçular bilmir, kim hara qaçsın. Ona görə aramızda xoşagəlməz söhbət oldu".

Maksim 66 yaşlı baş məşqçinin Qara Qarayevi yığmaya dəvət etməməsi məsələsinə də münasibət bildirmişdi: "Hər kəsin öz həqiqəti var: "Fikrimcə, onun çağırılmaması boyla əlaqəli deyil. İndiyədək Eddi də var idi, amma Qara oynayırdı. Nə oldu, Eddi gəldi, deyirsən, Qaranın boyu balacadır?"

Təcrübəli futbolçu milli komandanın sükanı arxasına Rəşad Sadıqovun keçməsinin daha məqsədəuyğun olacağını fikrini də səsləndirmişdi: "Onu baş məşqçi təyin edib, 3-4 il vaxt versinlər. Sadıqov da bu müddətdə komandanı formalaşdırsın. Ondan sonra, görək, necə olacaq".

Ancaq AFFA-nın qərarı tamam başqa oldu. Belə ki, qurumun İcraiyyə Komitəsinin 4 oktyabr 2022-ci il tarixində keçirilən iclasında italiya mütəxəssislə müqavilənin yenilənməsinə qərar verildi. Millətlər Liqasının son 3 matçında seçməyə qələbə qazandıran De Byazinin maaşı da artırıldı. Daha öncə illik təxminən 350 min avro əməkhaqqı alan çalışdırıcının yeni məvacibi 500 min avro təşkil edəcək.

***

Millətlər Liqasına gəlincə, 28 sentybar tarixində qrup mərhələsinə yekun vuruldu. A, B və C Liqalarında keçirilən 9 oyunla final və pley-off mərhələsinin bütün iştirakçıları müəyyənləşdi.

A Liqasının 2-ci qrupunda Portuqaliya və İspaniya 1-ci yer, İsveçrə ilə Çexiya isə aşağı diviziona düşməmək uğrunda mücadilə etdi. Səfərdə Portuqaliyanı yenən ispanlar istəyinə çatıbsa, İsveçrə evdə çexləri yenərək A Liqasındakı yerini qorudu.

B Liqasının 1-ci qrupunda Ukrayna millisi Polşada Şotlandiyanı qəbul etdi. Nominal meydan sahibləri A Liqasına və pley-offa adlamaq üçün rəqibini məğlub etməliydi. Lakin bu görüşdə qapılara qol vurulmadı. Qrupun digər matçında İrlandiya yığması Ermənistanı məğlub yola saldı. Nəticədə qrup sonuncusu olan qonaqlar C Liqasına yuvarlandı.

İsrailin liderliyi təmin etdiyi 2-ci qrupda bir görüş baş tutdu. İslandiya səfərdə Albaniyanın qonağı oldu. Bu oyunda albanlar minimal hesabla qalib gədilər.

4-cü qrupda Norveç yığması evdə Serbiya ilə qarşılaşdı. Hər iki kollektiv 10 xala malik olsa da, Skandinaviya təmsilçisi şəxsi oyunlarda üstünlüyü malik olduğundan ilk pillədə qərarlaşmışdı. Odur ki, serbiyalılara səfərdə mütləq qələbə lazım idi. Yekunda sevinən tərəf məhz Serbiya yığması oldu. Qrupun digər matçında Sloveniya səfərdə İsveçlə qarşılaşdı. B Liqasında qalmaq üçün qonaqlara heç-heçə də kifayət edirdi. Sonda məhz bu nəticə qeydə alınıb və İsveç yığması da B Liqası ilə vidalaşdı.

Nəhayət, C Liqasının 2-ci qrupunda B Divizionuna və pley-offa vəsiqəni ötən tur təmin edən Yunanıstan seçməsi Şimali İrlandiyanı, Kosovo isə Kipri sınağa çəkdi. Burada əsas mübarizə 3 komanda arasında C Liqasında qalmaq uğrunda gedirdi. Hər iki oyunda meydan sahibləri qalib gəldi. Yekunda Şimali İrlandiya yığması D Liqasına düşdü.

***

Millətlər Liqasının “Dördlər finalı”nda A Liqasında öz qruplarını ilk pillədə bitirən Xorvatiya, İtaliya, Niderland və İspaniya yığmaları iştirak etdilər. İlk yarımfinal oyununda ev sahibi olan Niderland millisi Xorvatiya yığmasını sınağa çəkdi. Rotterdamdakı “Feyenoord Stadionu”nda keçirilən oyun əlavə vaxta gedib və kifayət qədər məhsuldar alındı. Altı qolun vurulduğu matçın yekununda inamlı qələbə qazanan xorvatlar (4:2) finala yüksəldilər.

Yarımfinal mərhələsinin digər oyununda isə İspaniya və İtaliya yığmaları üz-üzə gəldilər. Niderlandın Enshede şəhərindəki “Tvente stadionu”nda keçirilən oyunda qapılara üç qol vuruldu. Yekunda sevinən tərəf ispanlar olub - 2:1. Beləliklə, İspaniya yığması finalda Xorvatiya millisinə rəqib oldu.

Yekunda əvvəldə də qeyd etdiyimiz kimi, həlledici görüşdə İspaniya Xorvatiyanı məğlub edərək (0:0, pen. 5:4) turnirin qalibi oldu. Niderlanda 3:2 hesabı ilə qalib gələn İtaliya isə turnirin bürünc medallarını qazandı. 

Röya Kərimli 

Material Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyinin maliyyə dəstəyi ilə hazırlanmışdır.

Redexphoto
Oxşar xəbərlər

Xəbər lenti

09 May 2024
00:46

ÇL: "Real" - "Bayern" matçında 3 qol var-  YENİLƏNİR

08 May 2024
23:50

Medina "Qarabağ"la müqavilə yeniləyib? - AÇIQLAMA

22:40

KL: "Fiorentina" finalda!

21:21

Virts "Real"a nə vaxt keçəcək?

21:00

Samir Nəsri əfsanəvi almanın bu planının üstünü açdı

19:35

Serb futbolçu "Yuventus"u tərk edəcək, İtaliyanı yox

18:44

İngiltərə nəhənginin yeni baş məşqçisi bilindi - Rəsmi qərar bu tarixdə açıqlanacaq

17:55

“Borussiya”nın kapitanı olduğum üçün çox fəxr edirəm" - Emre Can

17:37

"Çelsi" forvardını satışa çıxardı

17:16

"Biz yalnız Kroosa yox, mütəşəkkil komandaya qarşı oynayacağıq" - Tomas Tuxel

16:54

"Almaniyaya tez gəlsəydim, Musalanı İngiltərə millisində oynamağa razı salardım" - Harri Keyn

16:23

PFL ilə "YAŞAT" Fondu arasında memorandum imzalandı

16:14

İstanbul nəhəngi "Çelsi" ilə anlaşdı - SON DURUM

15:55

Azarkeşlər Palmeri seçdilər

15:36

Rüfət Quliyevi əvəzləyəcək şəxs bilindi  

15:17

"Barselona"da fikir ayrılığı: Laporta və Deku Xavi ilə razılaşmadılar

14:58

"Qorxmuruq, kimə qarşı oynadığımızın fərqindəyik" - Manuel Noyer

14:40

Bölgə klubunda radikal dəyişiklik - Əsgər Abdullayev də gedir

14:21

DİN və DTX əməkdaşları AFFA-da

14:05

"Qapıya 31 zərbə endirsək də..." - Enrikedən emosional məğlubiyyət şərhi

13:48

Futzal turnirinin qalibi bilindi

13:31

"Nə deyəcəyimi bilmirəm" - Vitinya

13:14

Almaniya futbolu tarixində Hummels kimisi olmamışdı

12:57

PSJ-dən maraqlı antirekord

12:44

"Kəpəz"in 2 legionerinə ağır cəza verildi, klub 8500 manat cərimələndi

12:32

AFFA "Turan Tovuz"un legionerini 4 oyunluq kənarlaşdırdı

12:20

"Qarabağ" ilə "Neftçi" barədə ölçü götürüldü: 5800 manatlıq cərimə 

12:02

Qadın boksçulardan ibarət Azərbaycan yığması Almatıya yollandı

11:45

"Jirona" ÇL-ə buraxılmır - SƏBƏB 

11:26

"Şadam ki, indi azarkeşlərimizə olan borcumuzu qaytara bilərik" - Edin Terziç

11:08

"Üzgün və kədərliyik" - Kilian Mbappe

10:33

Yoahim Löv: "Final fitindən sonra tualetə qaçdım"

10:12

"Borussiya" Parisi də fəth etdi - VİDEO

09:49

Həftəiçi oyunlar bu kanallarda - AFİŞA

09:25

ÇL-in tarixində ikinci dəfə - Yenə "Borussiya"

01:20

“Beşiktaş” finala yüksəldi

00:53

Çempionlar Liqası: "Borussiya" Parisi susdurub finala yüksəldi 

07 May 2024
21:27

Ten Haq MY-dəki gələcəyinin necə olacağı ilə bağlı sualı belə cavablandırdı

20:20

"Laporta məndən onunla bağlı məlumatları aldı" - "Xetafe"nin prezidenti "Barselona"nın planının üstünü açdı

19:30

"Mançester Siti" ilə "Arsenal" türkiyəli ulduza görə yarışa girdilər - Qiyməti "əl yandırır" 

Facebookdan bizi izləməyi unutmayın.
X