İdman Arbitraj Məhkəməsinin (CAS) rusiyalı fiqurlu konkisürən Kamilə Vəliyevanın işi ilə bağlı qərar açıqlayacağı vaxt məlum olub.
Fanat.Az xəbər verir ki, bu barədə TASS agentliyi CAS-ın mətbuat xidmətinə istinadən məlumat yayıb.
Qurum yekun qərarını bu gün, yanvarın 29-da açıqlayacaq.
Rusiyalı qadın idmançıdan 25 dekabr 2021-ci il tarixində götürülən dopinq nümunəsində qadağan olunmuş trimetazidin preparatı aşkar edilib. Vəliyevanın müsbət dopinq testi Pekin Olimpiadasında qələbəsindən sonra məlum olub. BOK medalların təqdimatını Kamilənin işi üzrə istintaq başa çatana qədər təxirə salıb. Onun günahı sübuta yetirilərsə, Rusiya komanda yarışlarında əldə etdiyi "qızıl"dan məhrum olacaq.
Ümumdünya Antidopinq Agentliyi (WADA) və Beynəlxalq Konkisürmə İttifaqı (ISU) Vəliyevanın 4 il müddətinə diskvalifikasiya olunmasını tələb edir.
Mirağa