UEFA Çempionlar Liqasının finalına ev sahibliyi edəcək Türkiyə bu hüquqdan məhrum edilə bilər.
Fanat.Az xəbər verir ki, bu iddianı İngiltərənin “The Independent” nəşri yayıb.
Mənbə iddia edib ki, UEFA mayın 14-də Türkiyədə keçiriləcək seçkilərlə əlaqədar yarana biləcək qarışıqlıqdan narahatdır: “Seçki ilə əlaqədar İstanbulda və Türkiyədə narahat bir atmosfer var. Ekspertlərin fikrincə, seçkidə kimin qalib gəlməsindən asılı olmayaraq, bu narahat mühit davam edə bilər. Belə bir hal olarsa, UEFA matçın yerini dəyişə bilər. Son üç mövsümdə final yerlərini dəyişən UEFA indi buna daha çox hazırdır”.
Qeyd edək ki, qitənin ən nüfuzlu turnirinin finalı iyunun 10-da İstanbuldakı "Atatürk Olimpiya Stadionu"nda keçiriləcək.
Mirağa