
"RB Leyptsiq"in yarımmüdafiəçisi Kristof Baumqartner zədə səbəbindən iyunun 11-dən iyulun 19-na qədər ABŞ, Kanada və Meksikada keçiriləcək dünya çempionatını kənardan izləyəcək.
Fanat.Az Avstriya Futbol İttifaqına istinadən xəbər verir ki, 26 yaşlı futbolçu Tunis yığması ilə yoldaşlıq görüşündən (1:0) əvvəl sıradan çıxıb.
O, isinmə hərəkətləri zamanı sağ bud nahiyəsindən zədələnib. MRT müayinəsindən zamanı Kristofun dünya çempionatında oynaya bilməyəcəyi dəqiqləşib.
Baumqartner gerdiə qalan mövsümdə "RB Leyptsiq"in heyətində bütün turnirlərdə 37 matça çıxaraq 17 qol və 9 məhsuldar ötürmə ilə diqqət mərkəzinə düşüb.
Avstriya millisi J qrupunda İordaniya, Argentina və Əlcəzair yığmaları ilə mübarizə aparacaq.
Toğrul