Bakıda səfərdə olan Uels millisinin baş məşqşisi Rayan Giqqz bu gün Tofiq Bəhramov adına Respublika stadionu və "Azərsun Arena”nı ziyarət edib.
Fanat.Az xəbər verir ki, o, hər iki arena ilə yaxından tanış olub. Giqqz ziyarət zamanı "Qarabağ”ın baş meneceri Asif Əsgərovla görüşüb. Veteran ulduza Ağdam klubunun 11 nömrəli forması hədiyyə olunub.
Qeyd edək ki, Giqqz Avro-2020-nin A qrupunda Türkiyə və İsveçrə millilərinə qarşı Bakı Olimpiya Stadionunda keçiriləcək oyunlarla əlaqədar Azərbaycana gəlib. Onun başçılıq etdiyi nümayəndə heyəti otellərə və stadionlara baxış keçirəcək, infrastrukturla tanış olacaq.
Uelsli çalışdırıcı səfər zamanı AFFA-nın baş katibi Elxan Məmmədovla da görüşüb.
Fanat.Az