15:22 11.06.2021 1451

Azərbaycanlı məşhurlar “Avro-2020”də hansı komandanı dəstəkləyirlər?

Uzun müddətdir futbolçuların və azarkeşlərin həyəcanla gözlədiyi Avropa Çempionatı bu gündən start götürür.

Paytaxt Bakı mötəbər tədbirin keçirildiyi 11 şəhər siyahısına daxil olduğundan sabah ölkəmizdə də çempionatın ilk qarşılaşması olacaq. Uels və İsveç komandaları üz-üzə gələcək.

Bakıda keçirilən 4 oyunda Türkiyə, Uels və İsveçrə futbolçuları öz məharətlərini göstərəcəklər.

BAKU.WS yerli məşhurların Avropa Çempionatı ilə bağlı fikilərini öyrənib. Onlar arasında sorğu keçirərək hansı ölkənin komandalarını dəstəklədiklərini xəbər alıb.

Bu haqda BAKU.WS-ə açıqlama verən Xalq artisti Mir Yusif Türkiyə komandasını dəstəklədiyini bildirib: "Əlbəttə, qonşu və qardaş Türkiyəni dəstəkləyirəm. Onların komandasından daha çox Hakan Çalhanoğlunu bəyənirəm”.

Mövzu ilə bağlı danışan Avroviziya təmsilçilərimizdən olan Eldar Qasımov isə Bakıda keçiriliəcək "Avro-2020” ilə bağlı bunları deyib:

"Pandemiya dövrü olsa da insanlar belə yarışların təşkil edilməsini çoxdan gözləyirdi. Onlarda bu yarışlarla bağlı artıq müəyyən coşğu var.

Bu mötəbər tədbirlər daim paytaxt Bakını diqqət mərkəzində saxlayır. Komandalara gəlincə isə, təbii ki, Azərbaycanda keçiriləcək yarışda çox istəyərdim ki, qardaş Türkiyə qalib gəlsin”.

Müğənni Sevda Yahyaya da açıqlaması zamanı sadəcə Türkiyəni dəstəklədiyini bildirib: "Türkiyəni dəstəkləyirəm. Favorit komandam Türkiyə millisidir”.

Çempionatla bağlı danışan müğənni Günay İbrahimli də qardaş ölkə Türkiyəyə dəstəyini ifadə edib: "Təbii ki, qardaş Türkiyəni dəstəkləyirəm. Qalib gələcəyinə də inanıram. Mübarizənin hansı sahədə olmasından asılı olmayaraq biz qardaşlarımızı dəstəkləyirik”.

Aparıcı Tarix Əliyev (Tolik) isə matçlara gedə bilməsə də Türkiyəni dəstəklədiyini vurğulayıb: "Avro-2020 oyunlarında biz hər birimiz Türkiyə milli komandasını dəstəkləməliyik. Təbii ki, ölkəmzidə Uels və İsveçrə komandalarına da azarkeşlik edənlər var. Amma düşünürəm ki, biz Türkiyə ilə qardaşıq və birləşib türk komandasına dəstək olmalıyıq. Türkiyə futbolçularına da uğurlar arzu edirəm. İnanıram ki, onlar qalib gələcək”.

Müğənni Elton Hüseynəliyev də açıqlaması zamanı Türkiyəyə dəstək olduğunu deyib: "Yarışlarda iştirak edəcəm. Təbii ki, favorit komandam Türkiyədir. O yığmanın futbolçularını dəstəkləyirəm”.

Müğənni Dilarə Kazımova isə ümumiyyətlə futbol komandalarına azarkeşlik etmədiyini deyib: "Sonuncu dəfə 10-15 il əvvəl mən futbolla maraqlanırdım. Onda favorit komandalarım var idi. Lakin indi yoxdu. Amma hər halda çempionat zamanı yarışan hər bir komandaya uğurlar arzu edirəm”.

Müğənni Murad Arif isə müəyyən səbəblərdən bu haqda danışmaq istəmədiyini bildirib.

Qeyd edək ki, futbol üzrə Avropa çempionatının açılış mərasimi və ilk matçı bu gün keçiriləcək. İtaliyanın paytaxtı Romada baş tutacaq qarşılaşma zamanı İtaliya və Türkiyə komandaları üz-üzə gələcək.
Telegram Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol
Oxşar xəbərlər

Xəbər lenti

30 Avqust 2026
14:12

"Çelsi" argentinalı qapıçını transfer etdi

13:54

"Mançester Siti" niderlandlı vingerə 100 milyon avro verir

13:36

Klublarımızın yay planları: Kim gəlir, kim gedir? - YENİLƏNİR

13:01

"Neftçi SOCAR" yarımfinalda uduzdu

12:34

"Qarabağ"da yeni braziliyalı - RƏSMİ

12:09

Messi şou göstərib Jairi haqladı

11:50

"Qalatasaray"ın gənc qapıçısı debütünü və qələbəni belə dəyərləndirdi

11:09

Fidanla Vüsalənin yeni klubu müəyyənləşdi

10:42

Günün oyunları bu kanallarda - AFİŞA

10:18

MPL: "Kəpəz" "Turan Tovuz"u, "Zirə" "Neftçi"ni qəbul edir

09:37

Hələ "Krasnodar" kimisi olmamışdı - Musayevin komandası rekordu yenilədi

09:00

"Sabah"ın baş məşqçisi qarşıdakı matçda yalnız bu futbolçunu oynada bilməyəcək

01:59

Premyer Liqa: "Nyukasl" səfərdən 3 xalla dönür

01:58

La Liqa: "Real Betis" darmadağına uğradı

01:33

A Seriyası: "Yuventus" "Parma"nı məğlub etdi

01:22

Liqa 1: "Lion" "Havr"la bacarmadı

00:49

Bundesliqa: "Sabah"ın rəqibi inamlı qələbəyə sevindi

29 Avqust 2026
23:42

Zaur Həşimov "İmişli" ilə matçdan sonra nə danışdı?

23:27

Fərid Namazov "Şəfa" üzərində qələbəni belə şərh etdi

22:58

Kamilo Duran dayanmaq bilmir

22:31

Komandası səfərdə 3 xal qazandı, Toral isə...

22:07

MPL: Qəbələdə qol səsi çıxmadı, "İmişli"yə 1 qol bəs etdi

21:58

"İstədiyimiz oyuna daha yaxın futbol nümayiş etdirdik" - Kaxaber Tsxadadze

21:26

"Futbolçularımdan razıyam" - Azər Bağırov

20:44

Tanınmış jurnalist “Kəpəz”də mühüm vəzifəyə təyin olundu

20:24

"Real Madrid"dən 3 milyonluq həmlə

19:48

"Benfika" "Əl-İttihad"ın 16 milyonluq təklifini rədd etdi

19:18

Frank Kesye yenidən İtaliyada

18:55

"Trabzonspor" "Milan"ın ulduzu üçün hərəkətə keçdi

18:14

"Çelsi" gənc istedadı icarəyə göndərir

17:44

"Çelsi"nin ulduzu "Mançester Siti"yə gedir

17:15

"Beşiktaş" "Yuventus"un oyunçusu ilə gücləndi - RƏSMİ

16:48

Xulian Alvares evinə qayıdır?

16:17

Bredli Barkola "Liverpul"a keçir – 145 milyon avroluq anlaşma

15:40

İtaliya klubu futbolçusundan FİFA-ya şikayət etdi

15:13

"Sabah" - "Barselona" matçı bu tarixdə keçiriləcək - DƏQİQLƏŞDİ

14:49

"Qalatasaray" Leaunu heyətinə qatdı - RƏSMİ

14:15

Aslan Kərimov: "Borussiya Dortmund"un da öhdəsindən gələ bilərik"

13:42

Nikolas Ceksona rekord məbləğ ödəniləcək

13:11

Reşford "Fənərbağça"ya cavabını verdi

Facebookdan bizi izləməyi unutmayın.
X