17:00 13.07.2021 1114

Mövsümzadə AVRO-2020-ni təhlil etdi

"Qızıl top" mükafatının azərbaycanlı jürisi Rasim Mövsümzadə başa çatan AVRO-2020-ni Fanat.Az-a dəyərləndirib.
 
Tanınmış idman jurnalisti Avropa çempionatını belə təhlil etdi: 

"2018-ci ildə mundialdan kənar qalmış komandanın növbəti Avropa çempionatının qalibi olacağı kimin ağlına gələ bilərdi? İtaliya millisinin həmin ilin oktyabrında başlayan 34 oyunluq məğlubiyyətsiz seriyası qitə çempionluğu ilə zirvəyə çatdı. Bizim Anatoli Banişevskinin də çıxış etdiyi AVRO-1968-də ilk dəfə Avropanın ən güclüsü olan italyanlar yalnız 53 il sonra həmin uğuru təkrarlaya bildilər.

İtalyanlara məxsus ənənəvi müdafiə futbolundan uzaq, hücumameylli və döyüşkən komanda formalaşdıran Roberto Mançini bu uğurun əsas memarıdır. O, İtaliyadan kənarda ilk böyük titulunu - 2012-ci ildə "Mançester Siti” ilə İngiltərə çempionluğunu qazananda məşqçi kimi özünü sübut etmişdi. Düzdür, sonra bir mövsüm çalışdığı Türkiyə və Rusiyada ümidləri doğrultmasa da - "Qalatasaray”la 2013/14 mövsümündə milli çempionatda 2-ci, "Zenit”lə isə 2017/18 mövsümündə 5-ci olmuşdu – indi 56 yaşında "Skuadra Adzurra” ilə karyerasının zirvəsini yaşayır.

İtaliyanın çempion olduğu DÇ-2006-da turnirin "Gümüş top” mükafatını müdafiəçi Fabio Kannavaro qazanmışdısa (o vaxt "Qızıl top” fransalı Zinədin Zidana qismət olmuşdu), indi də qapıçı Canluici Donnarumma AVRO-2020-nin ən yaxşı futbolçusu seçildi. Yəni hücum futbolundan danışsaq da, yenə İtaliyada arxa xətt oyunçuları diqqət çəkir. 

Ümumiyyətlə, indiki heyətdə Paolo Maldini və Roberto Bacco səviyyəsində ulduzlar olmasa da, müdafiədə kapitan Corcio Kyellini və Leonardo Bonuççi, həmçinin ulduzu parlayan Leonardo Spinazzola, yarımmüdafiədə orta xəttin dirəyi olan Jorginho və Marko Verratti, hücumda isə texnikalı oyunları ilə diqqət çəkən Lorenso İnsinye və Federiko Kyezanın adlarını xüsusilə vurğulamaq lazımdır.

İtaliyanın bu məğlubedilməzliyi nə vaxta kimi davam edəcək? Tarixə nəzər salsaq, yalnız Qərbi Almaniya (1974) və İspaniya komandaları (2010) Avropanın ən güclüsü olduqdan sonra dünya çempionluğunu da qazanıblar. İtaliyanın bu nailiyyəti təkrarlaya biləcəyi Qətər-2022-də bəlli olacaq ki, mundialın da startına nə az, nə çox, cəmi 496 gün qalıb.

Çempion barədə danışdıq, ümumilikdə AVRO-2020-yə gəlincə, 51 oyunda 142 qolun vurulduğu yarış 2,78-ə bərabər orta məhsuldarlıqla diqqət çəkir. Bu, dörddən çox komandanın mübarizə aparmağa başladığı AVRO-1980-dən indiyədək ən məhsuldar Avropa çempionatıdır. Dünya çempionatlarına da baxsaq, bundan yaxşı məhsuldarlıq sonuncu dəfə 1982 mundialında (2,81 qol) qeydə alınıb. Bir sözlə, maraqlı bir Avropa çempionatı izlədiyimizi futbolun bəzəyi olan qolla bağlı rəqəmlərlə sübut edə bilərik.

Növbəti Avropa çempionatı isə 2024-cü ildə Almaniyada təşkil ediləcək, ondan sonrakı AVRO-2028-i keçirməyə də Türkiyə iddialıdır.  
Bəs qarşıda bizi hansı yeniliklər gözləyir? Avropa çempionatında iştirakçı komandaların sayının 24-dən 32-yə kimi artırılması da gündəmə gəlib və UEFA-nın artıq bu məsələni nəzərdən keçirdiyi bildirilir. Bu yenilik böyük turnirlər görməyən Azərbaycan kimi komandaların da Avropa çempionatına vəsiqə qazanmasına şans yaradacaq. Xeyirlisi deyək..."
 
Röya Kərimli
Redexphoto
Oxşar xəbərlər

Xəbər lenti

26 Aprel 2024
13:10

Fonseka "Lill"i hansı Avropa nəhənginə dəyişəcək?

12:51

Madrid nəhəngi 35 yaşlı oyunçusu ilə bağlı qərarını verdi

12:33

"Real"ın müdafiəçisi Almaniya klubuna keçməyə yaxındır

12:14

Ot biçən, xətt çəkən, afişa vuran komanda rəhbəri

11:55

Bekhem Mark Uolberqdən milyonlarla dollar istəyir - Məhkəmə çəkişməsi

11:36

AFFA “Neftçi”nin şikayətini qəbul etmədi

11:19

“Sabah” Gənclər Liqasının qalibi oldu! 

11:00

Musiala Mbappeyə səsləndi: "Münhen vaxt keçirmək üçün əla yerdir"

10:35

Maliyyə menecerləri üçün seminar keçirildi

10:17

Samir Abasov "Barselona"nın prezidenti ilə görüşdü - FOTOLAR

09:58

"And içdim ki, bu təyyarə heç yerə uçmayacaq" - Con Terri sabiq baş məşqçisi ilə münaqişədən danışdı

09:34

Həftəiçi oyunlar bu kanallarda - AFİŞA

09:10

"Yuventus" yeni qapıçı ilə anlaşdı

01:34

"Mançester Siti" səfərdə darmadağına sevindi

01:25

“Roma” yarımçıq qalan matçdan qalib ayrıldı

25 Aprel 2024
22:49

"Şeffild Yunayted"dən tarixi antirekord - Hələ beləsi olmamışdı

21:22

"Mövsümü fantastik şəkildə başa vuracağımızı hiss edirik" - Ançelotti

20:16

"Yuventus" forvardını dilə tutur, ancaq...

19:30

"Çelsi" tarixinin ən bahalı oyunçusu üçün mövsüm bitdi

18:44

Bundesliqa klubunun qolçusu İtaliya nəhənginə keçəcək

18:03

Avropa Çempionatı: Azərbaycan cüdoçusu finala yüksəldi

17:53

Azərbaycan yığması Özbəkistana uduzdu

17:23

Əliyar Ağayev Fatih Terimin komandasının oyununu idarə edəcək

17:02

Xavi qərarını niyə dəyişdiyinin səbəbini dedi: "Üç dəqiqə söhbətləşdik və..."

16:41

Azərbaycan taekvondoçuları Estoniyada turnirə qatılacaqlar

16:19

Ançelotti Xavinin fikrini dəyişməsinə belə reaksiya verdi

16:00

"Təəssüflər olsun ki, qol vurmadım, amma..." - Ağadadaş Salyanski

15:55

"Güclü olmalıyıq, çünki uduza bilmərik" - "Mançester Siti"nin hücumçusu

15:37

Karrager Salahı hədəfə aldı: "Özünə bənzəmirdi"

15:18

"Qəbələ"nin müdafiəçisi üçün yubiley

15:00

"Son tura qədər çempionluq uğrunda mübarizəmizi davam etdirəcəyik" - Elçin Usub

14:42

"Sabah" Akademiyaya bölgədən futbolçu seçəcək

14:23

"Hansısa klub barədə neqativ qərar verilsə..." - Məmmədov Nyondakı iclasdan danışdı

14:04

"Qəbələ"nin hücumçusu əməliyyat olundu

13:44

FİFA referisi I Liqaya göndərildi

13:28

"Məşqçimiz rahatlaşmağımıza imkan vermir" - "Qarabağ"ın qoleadoru

13:07

"Boykot qərarı “Neftçi”nin xeyirinə olmayacaq" - Braziliyalı müdafiəçi

12:49

İngiltərə Premyer Liqasında antirekord qeydə alındı

12:25

Barış Şimşək yeni akademiya yaratdı - Azərbaycanda

11:56

"Budəfəki kimi oynasaq..." - Kapitan komanda yoldaşlarına səsləndi

Facebookdan bizi izləməyi unutmayın.
X