Bu gün UEFA Avropa Liqasında Liqa mərhələsinin III turunun oyunları start götürüb.
Fanat.Az xəbər verir ki, birinci oyun günündə iki qarşılaşma keçirilib.
Türkiyə çempionu “Qalatasaray” doğma meydanda "Qarabağ"ın da rəqibi olan İsveç “Elfsborq”unu qəbul edib. İlk yarını 3:0 öndə başa vuran "cim-bom" fasilədən sonra 3 top buraxaraq azarkeşlərini həyəcanlandırsa da, sonda meydanı qalib tərk edib.
Təmsilçimizin digər rəqibi - Norveçin “Budyo-Qlimt” komandası isə “Braqa”nın qonağı olub. Görüş qonaqların minimal hesablı qələbəsi ilə nəticələnib.
“Qarabağ” bu turda “Ayaks”la qarşılaşacaq. Oyun sabah Bakıda baş tutacaq.
UEFA Avropa Liqası
Liqa mərhələsi, III tur
23 oktyabr
"Braqa" (Portuqaliya) – "Budyo-Qlimt" (Norveç) 1:1
Qollar: Niakate, 64 - Evyen, 53.
"Qalatasaray" (Türkiyə) – "Elfsborq" (İsveç) 4:3
Qollar: İkardi, 28. Petterson, 39-öz qapısına. Barış Yılmaz, 44. Yunus Akgün, 83 - Hult, 53. Baydo, 65. Larsson, 90+2.