
Avropa Liqasının 1-ci təsnifat mərhələsinə yekun vurulub.
Fanat.Az xəbər verir ki, cavab oyunlarının hamısı eyni gündə keçirilib.
“Qarabağ”ın Bakıda 3:0 hesabı ilə üstələdiyi “Vestri”yə İslandiyada da 3 cavabsız qol vyrduğu gündə daha 5 görüş keçirilib.
Ağdam təmsilçisinin potensial rəqiblərinin oyunubda ÇSKA (Sofiya) “Derri Siti”yə qonaq qismində də qalib gəlib. Beləliklə, "köhlənlər" növbəti raundda Bolqarıstan təmsilçisi ilə qarşılaşacaq və ilk oyunu evdə keçirəcək.
Avropa Liqası
1-ci təsnifat mərhələsinin cavab oyunları
16 iyul
Derri Siti (İrlandiya) – ÇSKA (Sofiya, Bolqarıstan) 1:2 (ilk oyun 2:3)
Universitatya (Kluj, Rumıniya) – Dinamo (Kiyev, Ukrayna) 0:0, penaltilər 2:4 (0:0)
Aluminiy (Sloveniya) – Şerif (Tiraspol, Moldova) 0:1 (0:0)
Ferentsvaroş (Macarıstan) – Voyvodina (Serbiya) 3:0 (2:1)
Jilina (Slovakiya) – Hayduk (Split, Xorvatiya) 2:1 (0:2)
Vestri (İslandiya) – Qarabağ (Azərbaycan) 0:3 (0:3)