"Apoloniya" ilə oyunun ilk hissəsindən razı qaldım, amma şansların çoxundan istifadə edə bilmədik".
Fanat.Az xəbər verir ki, bu sözləri "Keşlə"nin Avropa Liqasının I təsnifat mərhələsindəki rəqibi olan Albaniyanın "Laçi" klubunun baş məşqçisi Armando Kunqu deyib.
"Laçi" yoxlama oyununda "Apoloniya" ilə üz-üzə gəlib və 1:0 hesablı qələbə qazanıb. Oyundan sonra açıqlama verən 47 yaşlı mütəxəssis "Keşlə" ilə oyun barədə də fikirlərini bildirib: "Bilirik ki, Azərbaycan komandasına qarşı işimiz çətin olacaq. Amma matçı emosional yüklər olmadan keçirəcəyik”.
Qeyd edək ki, avqustun 27-də "ASK Arena"da keçiriləcək "Keşlə" - "Laçi" görüşü saat 21.00-da başlayacaq.
Fanat.Az

Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol