19:34 19.12.2022 985

“Onun getməyinin tərəfdarı deyiləm” - Qurban Qurbanov

“Qarabağ"ın baş məşqçisi Qurban Qurbanov Azərbaycan Kubokunun 1/4 final mərhələsi çərçivəsində “Qəbələ”yə qarşı keçirdikləri oyunu şərh edib.

Fanat.Az xəbər verir ki, o, 0:1 (ilk oyun 2:2) hesabıyla uduzduqları oyundan sonra baş tutan mətbuat konfransında bunları söyləyib:

“Bəzən futbolçular daha ciddi olmaq üçün məğlubiyyəti hiss etməlidirlər. Bunun köməyi ola bilər. Həmişə qalib gələndə futbolçularda arxayınlıq yaranır. Amma heç də hər zaman məğlubiyyət arzulamıram (gülür). Arada belə məğlubiyyətlərin faydası çox olur”.

O, "Qəbələ"ni yarımfinala adlaması münasibətilə təbrik edib: "Düşünürəm ki, qələbəyə layiq idilər. Son matçlarda yaxşı çıxış edən komandaya qarşı oynayırdıq. Bü gün düşündüklərimiz çox da alınmadı. Buna rəqibin yaxşı oyunu təsir etdi. Kubok oyunları həmişə fərqli olur. Bu gün də bunun şahidi olduq. Qarşıda bu il üçün bir matçımız var. Yaxşı oyun göstərməyə çalışacağıq".

Təcrübəli mütəxəssisin sözlərinə görə, ölkə kuboku başqa prestijdir: "Çalışırıq ki, bu turnirdə oyun təcrübəsi daha az olan futbolçulardan istifadə edək. Neçə illərdir, bu, bizdə pis alınmır. Komandada ilin sonuna yaxın fiziki və psixoloji yorğunluq ola bilir. Həddindən çox texniki səhvlərimiz oldu. Orqanizm yorğun olanda düşüncə qabiliyyəti aşağı düşür. Bunun canlı şahidi olduq. Amma biz kuboka ciddi yanaşırıq. Çalışırıq ki, hər il kuboku başımız üzərinə qaldıraq. Bunun ləzzəti başqadır".

Qurbanov Azərbaycanda məğlubiyyətsiz çempionluq qazanmış yeganə komanda olan "Kəpəz"in uğurunu təkrarlamaq istəyib-istəmədikləri ilə bağlı suala belə cavab verib: "Belə bir düşüncəmiz yoxdur. Heç bir oyunda uduzmaq istəmirik. Futbolçulardan da tələbimiz budur. Çempionluğa oynayırsansa, hər matça qələbə üçün çıxmalısan".

Baş məşqçi "Qarabağ"da çıxış edən oğlu Musa Qurbanlının Polşanın "Poqon" klubuna mümkün keçidi məsələsinə növbəti dəfə münasibət bildirib: "Hazırda bu məsələ real deyil. Bildiyim qədərilə sadəcə maraqlanıblar. Amma bir məşqçi olaraq, hələlik getməyinin tərəfdarı deyiləm".

Telegram Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol
Oxşar xəbərlər

Xəbər lenti

22 İyul 2026
23:44

"Fulhem" "Real"ın hücumçusunu istəyir

23:20

Rafael Leau "Qalatasaray"ın radarına düşdü

22:35

"Sevgidən nifrətə bir addımlıq yoldur" - Yuri Vernidub

22:12

Aleksandr Şaqoyko: "Neftçi"nin səviyyəsini dərk edirik"

21:53

KL: "Neftçi" Belarus təmsilçisinə məğlub oldu

21:14

Ceff Bezos "Liverpul"un səhmdarı ola bilər

20:51

"Arsenal" Mikel Oyarzabal transferini gündəmə gətirdi

20:12

"Fənərbağça" Qirassi ilə anlaşdı

19:52

"Çelsi" Con Stounsu transfer etmək istəyir

19:09

"İnanıram ki, matçın gedişində futbolçularımız öz oyunlarını göstərə biləcəklər" - Qurban Qurbanov

18:41

Rəcəb Tayyib Ərdoğan Məhəmməd Salah transferi ilə maraqlandı

18:02

Freddi Varqas "Neftçi"də - RƏSMİ

17:50

İtaliyada idman jurnalisti öldürülərək yandırıldı

17:35

Klublarımızın yay planları: Kim gəlir, kim gedir? - YENİLƏNİR

17:32

"Şəfa" daha bir transfer reallaşdırdı

17:14

"Zirə"nin bu mərhələni də keçəcəyinə şübhəm yoxdur"

16:55

Zaniolo karyerasını harada davam etdirəcəyinə qərar verdi

16:34

"Mançester Siti" Foden ilə bağlı qərarını verdi - RƏSMİ

16:15

"Əl-Əhli" "Qalatasaray"ın müdafiəçisini aparır

15:57

"Çətinliklə olsa belə, mərhələni "Qarabağ" keçəcək" - Samir Əliyev

15:39

"İnter" Almaniya təmsilçisini biabırçı hesabla uddu

15:18

Kamavinqa İngiltərə nəhənginə transfer olunur

14:57

"Neftçi" Çempionlar Liqasına qələbə ilə başladı

14:38

"Real"ın keçmiş "10 nömrə"si klubundan ayrıldı

14:20

"Bəlkə də hücumçuların günü deyildi" - Aslan Kərimov

14:02

Azərbaycan klubu Bulatoviçin razılığını aldı

13:44

"Neftçi"nin rəqibini BATE-nin azarkeşləri də dəstəkləyəcək

13:32

Bu gün baş tutacaq "Neftçi" - "Dinamo" matçına neçə bilet satıldığı bilindi

13:13

"Turan Tovuz" DÇ-dən qazanc əldə edəcək

12:55

Freddi Varqas Bakıya gəldi

12:37

"Neftçi" yeni veb saytını təqdim edir

12:19

Belçika millisi yola onunla davam edəcək

12:00

"Neftçi" Montenerqo təmsilçisi ilə üz-üzə

11:42

Əfsanəvi qolkiper karyerasını bitirdiyini açıqladı

11:24

Alvares "Barselona"ya getmək istəyir

11:06

"Beşiktaş" "Real"ın müdafiəçisi ilə razılığa gəldi - SON DURUM

10:48

"Çelsi" tarixinin ən bahalı transferini reallaşdırdı - Məbləğ

10:30

ÇL: 2-ci mərhələnin ilk oyunlarına yekun vurulur

10:09

Messi DÇ-2026-nın ən yaxşı oyunçusu seçildi

09:48

Həftəiçi oyunlar bu kanallarda - AFİŞA

Facebookdan bizi izləməyi unutmayın.
X