13:09 20.12.2022 598

"Qara zolaq"da olan komandanın baş məşqçisi..." - "Səbail"in icraçı direktoru  

"Səbail" klubunun icraçı direktoru Fərəc Əliyevin Fanat.Az-a müsahibəsi

- Komandanın "Sabah"a hər iki oyunda qalib gəlməsini sürpriz adlandırmaq olar?
- Niyə ki? Biz komandaya həmişə inanmışıq. Hətta yoxlama oyununa çıxanda da qələbə qazanmaq istəyirsən. Yəni mənim üçün sürpriz olmadı.

- Amma "Səbail" çempionatda sonuncu yerdə qərarlaşıb. Autsayderin liderin ən yaxın izləyicisini hər iki oyunda məğlub edərək yarımfinala adlaması baxımından təzad var.
- Əvvəla, kubokla çempionat fərqlidir. Bundan başqa çempionatda aşkar autsayder adlandırılmağımızla razılaşmıram. Çünki əvvəldən orda deyilik. Son turda "Sumqayıt"a uduzub 10-cu yerə düşdük. Çempionatda da şanslar tükənməyib və ümidsizliyə qapılmaq üçün əsas yoxdur. Bir qələbə bizi 7-ci yerə çıxara bilər. Altıncı pillədəki rəqiblə isə cəmi 6 xal fərqimiz var. 

- Mahmud Qurbanov mətbuat konfransında belə fikir səsləndirdi: "Hər oyundan sonra yerimə baş məşqçi gətirirlər". O, sırf mətbuatdakı xəbərlərə əsaslanır, yoxsa rəhbərliyə də mesaj göndərir?
- Dünyanın bütün yerində "qara zolaq"da olan komandanın baş məşqçisinin istefası, namizədlərlə bağlı xəbərlərə çox rast gəlinir. Bu baxımdan hardasa başa düşmək olar. Ancaq hər dəfə açıqlama verməkdən, təkzib yaymaqdan yorulmuşuq. Gah Kerjakovu, gah Obradoviçi "gətirirlər". Belə bir şey yoxdur. Rəhbərlik Mahmud Qurbanova inanmağa davam edir.

- Bizdə olan məlumata görə, "Səbail"də maaş problemi var. Noyabr ayının məvacibinin hələ də ödənilmədiyi deyilir.  
- Düz eşitmisiniz, ötən ayın maaşı ödənilməyib. Ancaq bu, komandanın nəticələri ilə bağlı deyil. Ötən illərdən fərqli olaraq, bu mövsüm bizdə maddi sıxıntı olmayıb. Sadəcə, sənədləşmə ilə bağlı problem yaranmışdı. Onu da yoluna qoyduq. Artıq köçürmə edə bilərik. Çatdırsaq bu gün, alınmasa, sabah maaşlar veriləcək. Durumla bağlı məşqçi heyəti və futbolçuları əvvəlcədən məlumatlandırmışdıq".

- Qış fasiləsində transferlər planlaşdırılıb? 
- Bu, baş məşqçinin təqdimatından asılıdır. Hələ bir çempionat oyunumuz qalıb. "Qarabağ"la matçdan sonra klubdaxili iclasımız olacaq. Məşqçilər heyətini dinləyəcəyik. Transfer istəsələr, bunu sponsorlarla müzakirə edəcəyik.

Mirağa 

Telegram Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol
Oxşar xəbərlər

Xəbər lenti

22 İyul 2026
23:44

"Fulhem" "Real"ın hücumçusunu istəyir

23:20

Rafael Leau "Qalatasaray"ın radarına düşdü

22:35

"Sevgidən nifrətə bir addımlıq yoldur" - Yuri Vernidub

22:12

Aleksandr Şaqoyko: "Neftçi"nin səviyyəsini dərk edirik"

21:53

KL: "Neftçi" Belarus təmsilçisinə məğlub oldu

21:14

Ceff Bezos "Liverpul"un səhmdarı ola bilər

20:51

"Arsenal" Mikel Oyarzabal transferini gündəmə gətirdi

20:12

"Fənərbağça" Qirassi ilə anlaşdı

19:52

"Çelsi" Con Stounsu transfer etmək istəyir

19:09

"İnanıram ki, matçın gedişində futbolçularımız öz oyunlarını göstərə biləcəklər" - Qurban Qurbanov

18:41

Rəcəb Tayyib Ərdoğan Məhəmməd Salah transferi ilə maraqlandı

18:02

Freddi Varqas "Neftçi"də - RƏSMİ

17:50

İtaliyada idman jurnalisti öldürülərək yandırıldı

17:35

Klublarımızın yay planları: Kim gəlir, kim gedir? - YENİLƏNİR

17:32

"Şəfa" daha bir transfer reallaşdırdı

17:14

"Zirə"nin bu mərhələni də keçəcəyinə şübhəm yoxdur"

16:55

Zaniolo karyerasını harada davam etdirəcəyinə qərar verdi

16:34

"Mançester Siti" Foden ilə bağlı qərarını verdi - RƏSMİ

16:15

"Əl-Əhli" "Qalatasaray"ın müdafiəçisini aparır

15:57

"Çətinliklə olsa belə, mərhələni "Qarabağ" keçəcək" - Samir Əliyev

15:39

"İnter" Almaniya təmsilçisini biabırçı hesabla uddu

15:18

Kamavinqa İngiltərə nəhənginə transfer olunur

14:57

"Neftçi" Çempionlar Liqasına qələbə ilə başladı

14:38

"Real"ın keçmiş "10 nömrə"si klubundan ayrıldı

14:20

"Bəlkə də hücumçuların günü deyildi" - Aslan Kərimov

14:02

Azərbaycan klubu Bulatoviçin razılığını aldı

13:44

"Neftçi"nin rəqibini BATE-nin azarkeşləri də dəstəkləyəcək

13:32

Bu gün baş tutacaq "Neftçi" - "Dinamo" matçına neçə bilet satıldığı bilindi

13:13

"Turan Tovuz" DÇ-dən qazanc əldə edəcək

12:55

Freddi Varqas Bakıya gəldi

12:37

"Neftçi" yeni veb saytını təqdim edir

12:19

Belçika millisi yola onunla davam edəcək

12:00

"Neftçi" Montenerqo təmsilçisi ilə üz-üzə

11:42

Əfsanəvi qolkiper karyerasını bitirdiyini açıqladı

11:24

Alvares "Barselona"ya getmək istəyir

11:06

"Beşiktaş" "Real"ın müdafiəçisi ilə razılığa gəldi - SON DURUM

10:48

"Çelsi" tarixinin ən bahalı transferini reallaşdırdı - Məbləğ

10:30

ÇL: 2-ci mərhələnin ilk oyunlarına yekun vurulur

10:09

Messi DÇ-2026-nın ən yaxşı oyunçusu seçildi

09:48

Həftəiçi oyunlar bu kanallarda - AFİŞA

Facebookdan bizi izləməyi unutmayın.
X