09:00 30.12.2022 524

Azərbaycan futbolu 2022-ci ildə - Xronika

(Yazı "Uşaq və gənclərin fiziki və mənəvi inkişafı” mövzusu üzrə hazırlanıb)

Artıq 2022-ci il başa çatır. Fanat.Az olaraq başa vurduğumuz ildə Azərbaycan futbolunda baş verən maraqlı hadisələrin siyahısını hazırladıq. 

İlə "Qarabağ"ın UEFA Avropa Liqasınında 2021-2022-ci illər mövsümündə çıxışı ilə başladıq. Turnirin pley-off mərhələsinə adlayan təmsilçimiz 19 fevral tarixində Fransada "Olimpik Marsel" ilə qarşılaşdı. Oyun meydan sahiblərinin 3:1 hesablı qələbəsi ilə başa çatdı. Fevralın 24-ü Tofiq Bəhramov adına Respublika stadionunda keçirilən cavab görüşündə isə 0:3 hesabı ilə uduzan Ağdam klubu turnirdə mübarizəni dayandırdı.

Avropa Liqası ilə vidalaşsaq da, sözügedən qarşılaşmada "Qarabağ"ın baş məşqçisi Qurban Qurbanovun addımı Avropa mediasında gündəmə çevrildi. Belə ki, görüşün 34-cü dəqiqəsində cinah ötürməsindən sonra "Qarabağ"ın hücumçusu İbrahima Vadjinin vurduğu qolu baş hakim qeydə alsa da, qonaqlar buna narazılığını sərt şəkildə bildirdi. Daha sonra “Qarabağ”ın baş məşqçisi Qurban Qurbanov Vadjini yanına çağırıb və ondan qolu qaydalar çərçivəsində vurub-vurmadığını soruşdu. Vadji isə topu əli ilə qapıdan keçirdiyini etiraf etdi. Qurban Qurbanov isə futbolçuya bunu görüşün baş hakiminə bildirməsini dedi. Seneqallı hücumçu baş məşqçisinin dediyi kimi etdi və polşalı referi Bartoş Frankovski bundan sonra qolu ləğv etdi.

Qurban Qurbanovun feyr-pley jesti hətta ölkə başçısı İlham Əliyev tərəfində də təqdir edildi. Belə ki, Azərbaycan Respublikasının prezidenti aprel ayında Avropa çempionatında tarixi uğura imza atmış güləş millimizlə görüşü zamanı Qurbanovun bu hərəkətini xatırlamışdı: "Bizim məşhur məşqçimiz Qurban Qurbanov çox ləyaqətli hərəkət etmişdir və qol sayıla biləcək vəziyyətdə demişdir ki, yox, bu, bizə lazım deyil, bizə saxta nailiyyət lazım deyil, qazanılmamış uğur lazım deyil".


Və 13 aprel 2022-cil tarixində Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin sərəncamına əsasən Qurban Qurbanov “Şöhrət” ordeni ilə təltif edildi. Onu da qeyd edək ki, 13 aprel tarixi təsadüfi deyil. Qurban Qurbanov bu ada məhz 50 illik yubileyini qeyd etdiyi gün layiq görüldü. 

3 may tarixində Azərbaycan çempionatında 2021-2022-ci illə mövsümüm qalibi bəlli oldu. Məhz Qurban Qurbanovun rəhbərlik etdiyi "Qarabağ" XXV turda evdə "Sabah"la 1:1 hesablı heç-heçə edərək sona 3 tur qalmış 9-cu çempionluğunu rəsmiləşdirdi. 


28 turdan sonra 69 xalla "Qarabağ" çempionatın qızıl, 50 xalla "Neftçi" gümüş, 47 xalla isə "Zirə" bürünc medallarını qazandı.

27 may tarixində "Qarabağ" "Qızıl dubl"a imza atdı. Qəbələdə keçirilən Azərbaycan kubokunun finalında Premyer Liqanın son çempionu "Qarabağ" bürünc medalçı "Zirə" ilə üz-üzə gəldi. Matçın əsas vaxtı 1:1 hesabı ilə başa çatdığı üçün əlavə vaxta ehtiyac duyuldu. Burada da hesab dəyişmədiyindən qalib penaltilər seriyasında müəyyənləşdi. Penaltilər seriyasında 4:3 hesabı ilə qalib gələn "Qarabağ" kubokun sahibi oldu. "Qızıl dubl"a imza atan ağdamlılar bununla da tarixində 7-ci dəfə Azərbaycan kubokunun qalibi oldu. 

Onu da qeyd edək ki, 11 may tarixibdə “Qarabağ” klubu uğurlarının memarlarından olan Qurban Qurbanovla müqaviləni yeniləyərək sözləşmənin müddətini daha 3 illik uzatdı. 

2022/23-cü illər mövsümündə avrokuboklardakı Azərbaycan təmsilçilərindən çempion və kubokun sahibi "Qarabağ" Çempionlar Liqası, “Neftçi”, “Qəbələ”, “Zirə” isə Konfrans Liqasında çıxış etmək hüququ qazandı. 

“Neftçi” 2022/2023-cü illər mövsümünə Konfrans Liqasının ikinci mərhələsindən başladı. İki oyunun nəticəsinə görə (0:2, 3:0) Kiprin “Aris” klubunu geridə qoyan “ağ-qaralar” “Rapid” (Vyana, Avstriya) səddini aşa bilmədi – 2:1, 0:2.

"Zirə" də Konfrans Liqasına ikinci təsnifat mərhələsindən qoşuldu. Təl-Əviv "Makkabi"si ilə görüşən təmsilçimiz turnirlə erkən vidalaşdı. Bakıdakı oyunda İsrail klubuna 0:3 hesabə ilə uduzan "Zirə" cavab matçında revanş ala bilmədi və matç qolsuz heç-heçə ilə başa çatdı. 

Tarixində 7-ci dəfə avrokuboklara vəsiqə qazanan “Qəbələ” UEFA Konfrans Liqasında debüt etdi. Rəqibi Macarıstan “Fehervar”ı oldu. Səfərdə keçirilən ilk oyun rəqibin 4:1 hesablı qələbəsi ilə başa çatdı. Qəbələ şəhər stadionunda keçirilən cavab qarşılaşmasıbda təmsilçimiz 2:1 hesabı ilə qalib gəlsə də, bu nəticə mərhələ adlamaq üçün yetərli olmadı və Premyer Liqanın dördüncüsü avrokuboklarla vidalaşdı.

Çempionlar Liqasındakı təmsilçimiz "Qarabağ"ın I təsnifat mərhələsində rəqibi Azərbaycan klublarının qənimi olan Polşa "Lex"i oldu. 5 iyul tarixində səfərdə keçirilən ilk görüşdə 0:1 hesabı ilə uduzan "Qarabağ" Bakıda rəqibini 5:1 hesabı ilə darmadağın edərək növbəti mərhələyə adladı. 

II təsnifat mərhələsində rəqib İsveçrə “Sürix"i oldu. 20 iyul tarixində Bakıda keçirilən ilk görüşdə komandamız 3:2 hesablı qələbə qazandı. 1 həftə sonra səfərdə keçirilən qarşılaşmada görüşün əsas vaxtı rəqibin 2:1 hesablı qələbəsilə yekunlaşdı. Ancaq əlavə vaxtda ağdamlılar 1 qol vurdu və ümumi hesabda 5:4 qalib gəldi. Bu nəticə ilə III mərhələyə yüksələn  "Qarabağ" növbəti raundda Macarıstanın "Ferentsvaroş"una rəqib oldu. 

3 avqustda Bakıda baş tutan görüş 1:1 hesabı ilə yekunlaşdı. 9 avqust tarixində Budapeştdə keçirilən cavab matçı 3:1 hesabı ilə "Qarabağ"ın xeyrinə başa çatdı.  İki oyunun nəticəsinə əsasən, komandamız 4:2 hesabı ilə qalib gələrək Çempionlar Liqasının pley-offuna yüksəldi.

"Qarabağ" ÇL-in pley-off mərhələsində Çexiyanın "Viktoriya" klubuna rəqib oldu. Bu komandalar arasında 17 avqustda Tofiq Bəhramov adına Respublika stadionunda keçirilmiş qarşılaşmada hesab açılmadı. 23 avqustda Plzen şəhər stadionunda baş tutan oyunda isə meydan sahibləri qalib gəldi - 2:1. İki oyunun nəticəsinə əsasən Çempionlar Liqasında mübarizəni dayandıran Azərbaycan klubu yoluna Avropa Liqasının qrup mərhələsində davam etməli oldu. 

UEFA Avropa Liqasının qrup mərhələsində mübarizə aparan “Qarabağ” G qrupunda yer aldı və rəqibləri  "Olimpiakos" (Yunanıstan), "Frayburq" (Almaniya) və "Nant" (Fransa) oldu.

UEFA Avropa Liqası
"Qarabağ"ın oyunlarının təqvimi

I tur
8 sentyabr
"Frayburq" (Almaniya) - "Qarabağ" (Azərbaycan) 2:1

II tur
15 sentyabr
"Qarabağ" (Azərbaycan) - "Nant" (Fransa) 3:0

III tur
6 oktyabr
"Olimpiakos" (Yunanıstan) - "Qarabağ" (Azərbaycan) 0:3

IV tur
13 oktyabr
"Qarabağ" (Azərbaycan) - "Olimpiakos" (Yunanıstan) 0:0

V tur
27 oktyabr
"Nant" (Fransa) - "Qarabağ" (Azərbaycan) 2:1

VI tur
3 noyabr
"Qarabağ" (Azərbaycan) - "Frayburq" (Almaniya) 1:1

 

Yekunda 14 xala malik "Frayburq" qrup lideri kimi 1/8 finala yüksəldi. Xallarının sayını 9-a çatdıran "Nant" Avropa Liqasında pley-offa vəsiqə qazandı. "Qarabağ" 8 xalla üçüncü, "Olimpiakos" 2 xalla sonuncu yeri tutdu. Beləliklə, "Qarabağ" UEFA Avropa Liqası ilə vidalaşdı və yoluna UEFA Konfrans Liqasının pley-offunda davam edəcək. 

UEFA Avropa Konfrans Liqasının pley-off mərhələsində "Qarabağ" Belçikanın "Gent" klubu ilə qarşılaşacaq. İlk oyun 2023-cü ilin fevralın 16-da Bakıda, cavab görüşü isə 1 həftə sonra Gentdə keçiriləcək.

Qeyd edək ki, 1 dekabr tarixində UEFA qitə futbol qurumu avrokuboklarda çıxış edən klublar üçün koronavirus pandemiyası ilə əlaqədar maliyyə vəsaitinin ayrılması proqramı çərçivəsində 2021/2022-ci illər mövsümündə Konfrans Liqasında iştirak etmiş Ağdam klubuna 139 min avro maliyyə vəsaiti ödəydi. Məbləğ AFFA-nın vasitəçiliyi ilə klubun hesabına köçürüldü.

***

6 may tarixində  AFFA-nın Lisenziya Komissiyasının iclasında I Divizion təmsilçiləri “Kəpəz” və “Turan Tovuz”a lisenziyanın verilməsi barədə qərar verdi. Beləcə, Azərbaycan Premyer Liqasında 2022/23-cü illər mövsümü 10 komandanın iştirak ilə keçirilir. Son 6 mövsümdə 8 komanda ilə keçirilən yarışda sonuncu dəfə 2015/16-ci illər mövsümündə 10 klub oynayıb. 7 ildən sonra Premyer Liqada əvvəlki say qaytarılıb. Komandalar dairəvi sistemlə 4 dövrədə oynayırlar.

Üçqat ölkə çempionu “Kəpəz” sonuncu dəfə 2017/18-ci illər mövsümündə oynadığı yüksək dəstəyə 4 ildən sonra qayıdıb. “Turan Tovuz” isə Premyer Liqada debüt edəcək. Düzdür, şəhərin “Turan” adlı komandası olub. Lakin FİFA tərəfindən ağır cəzalara məruz qalan klub borcları ödəyə bilmədiyi üçün tarixin yaddaşına köçüb.

***

16 iyun 2022-ci il tarixində Ayxan Abbasov "Turan Tovuz"un baş məşqçisi təyin olundu. 

4 sentyabrda Tərlan Əhmədov "Kəpəz"in baş məqçisi oldu. 

26 sentyabrda Samir Abasov "Sumqayıt"ın baş məşqçisi təyin olundu. 

27 dekabrda Mahmud Qurbanov "Səbail"in baş məşqçisi postundan istefa verdi. 28 dekabr tarixində onu yerinə Şahin Diniyev təyinat aldı. 

***

2022-ci ildə AFFA-da bir sıra dəyişikliklər oldu. 

17 mart tarixində baş katibin müavini Sərxan Hacıyevə AFFA-nın baş katibi vəzifəsi həvalə olundu. O, yeni vəzifədə Elxan Məmmədovu əvəzlədi. 

20 apreldə AFFA-da 10 ildən çox öncə baş katib, daha sonra isə icraçı vitse-prezident vəzifələrində çalışan Elxan Məmmədov FIFA-nın Avropa Milli Assosiasiyaları üzrə direktoru vəzifəsinə təyinat aldı. O, 1 may 2022-ci il tarixindən yeni işində fəaliyyətə başladı. FIFA-nın İdarəetmə və Strateji layihələr üzrə direktoru Nodar Axalkatsini əvəzləyən Məmmədov müxtəlif regionlar üzrə FIFA Forward layihəsinin icrası, qurumun Avropadakı 55 üzv ölkəsində futbolun inkişafı üçün lazımi layihələri müəyyən etmək, onların müxtəlif spesifik tələblərinin təhlilini aparmaq və bu layihələrin FIFA-nın iş prinsipi çərçivəsinə uyğunluğunu təmin etmək fəaliyyəti ilə məşğul olur. 

Elxan Məmmədov eyni zamanda AFFA-da fəaliyyətini İcraiyyə Komitəsinin üzvü və ictimai əsaslarla vitse-prezident olaraq davam etdirir. 

30 iyunda müqaviləsinin müddəti başa çatan AFFA-nın Hakimlər Komitəsinin sədri Frits Stuxlik postundan ayrıldı. Onun yerinə türkiyəli mütəxəssis Barış Şimşek təyin olundu. Sabiq hakim ilə 2 il müddətinə müqavilə bağlanıldı.

29 iyul tarixində 2008-ci ildən PFL-in prezidenti vəzifəsində çalışan Ramin Musayev istefa verdi. Daha sonra PFL prezidenti vəzifəsinə yeni seçkilər keçirildi və Elxan Səmədov yekdilliklə növbəti müddətə Peşəkar Futbol Liqasının prezidenti seçildi. 

Qurumda struktur dəyişikləri edildi. PFL-də yeni vitse-prezident postu yaradıldı və bu vəzifəyə uzun illər Peşəkar Futbol Liqasında mətbuat katibi olaraq çalışan Aslan Şahgəldiyev təyin olundu.

Qurumun Texniki-İdman şöbəsi ləğv olundu. Onun yerinə Peşəkar Futbol Liqasının Texniki İdman Departamenti yaradıldı və Elgiz Abbasov Peşəkar Futbol Liqasının texniki-idman direktoru təyin olundu.

Peşəkar Futbol Liqasında (PFL) təsis edilən Beynəlxalq Əlaqələr Şöbəsinə Fərəc Hüseynov direktor təyin olundu. 

Marketinq qrupu Mətbuat və İctimaiyyətlə Əlaqələr Departamentinin tərkibinə verildi. Tanınmış jurnalist Sənan Abdullayev Peşəkar Futbol Liqasının yeni media və marketinq direktoru təyin olundu.

Peşəkar Futbol Liqasının yeni loqosu müəyyənləşdi.

***

Futbol üzrə Azərbaycan millisinin 2022-ci ildə keçirdiyi oyunların siyahısı

23 mart 
Yoxlama oyunu 
Malta  - Azərbaycan 1:0

29 mart
Yoxlama oyunu 
Azərbaycan - Latviya 0:1

3 iyun
Millətlər Liqası
Qazaxıstan - Azərbaycan    2:0    

6 iyun
Millətlər Liqası
Belarus - Azərbaycan 0:0

10 iyun
Millətlər Liqası
Azərbaycan - Slovakiya 0:1

13 iyun
Millətlər Liqası
Azərbaycan - Belarus 2:0

22 sentyabr 
Millətlər Liqası
Slovakiya - Azərbaycan 1:2

25 sentyabr 
Millətlər Liqası
Azərbaycan - Qazaxıstan 3:0

16 noyabr
Yoxlama oyunu
Moldova  - Azərbaycan 1:2

20 noyabr
Yoxlama oyunu
Şimali Makedoniya - Azərbaycan 1:3    

***

11 iyun tarixində mini-futbol üzrə Azərbaycan millisi tarixində ilk dəfə qitə çempionu oldu. Slovakiyanın Koşitse şəhərində keçirilən Avropa çempionatının final oyununda Elşad Quliyevin baş məşqçi olduğu komanda Rumıniya seçməsi ilə üz-üzə gəldi. 1:0 hesabı ilə qalib gələn millimiz Avropa çempionu adını qazandı. 

***

2 noyabr tarixində Azərbaycan futbol hakimliyində ilk yaşandı. FİFA referimiz Əliyar Ağayev Çempionlar Liqasının qrup oyununu idarə etdi. O, UEFA Çempionlar Liqasının qrup mərhələsinin VI turu çərçivəsində keçirilən “Kopenhagen” (Danimarka) – “Borussiya Dortmund" (Almaniya) matçında baş hakim oldu. 2013-cü ildən FİFA referisi olan 35 yaşlı ədalət təmsilçisinə tarixi görüşdə digər həmyerlilərimiz Zeynal Zeynalov və Akif Əmrəli kömək etdi. Dördüncü hakim funksiyasını Kamal Umudlu yerinə yetirdi.

***

1 dekabr tarixində “Neftçi” klubunun Müşahidə Şurasının (MŞ) tərkibində dəyişikliklər edildi. Müşahidə Şurasının əvvəlki sədri Çingiz Abdullayevi SOCAR-ın prezidenti Rövşən Nəcəf əvəzlədi. Həmçinin təhsil naziri Emin Əmrullayev, Xarici Kəşfiyyat Xidmətinin rəisi, general-polkovnik Orxan Sultanov, Elnarə Məmmədova və Hafiz Zeynalov Müşahidə Şurasına yeni üzv seçildi.

Əvvəlki heyətdən yalnız Zaur Qəhrəmanovla Səməd Qurbanov öz vəzifələrində qaldılar. Müşahidə Şurasının əvvəlki üzvləri Cəbrayıl Cəbrayılov, Fərhad Bədəlbəyli və Mehdi Nəcəfov isə klubdan ayrıldılar.

***

2022-ci ildə futbol ictimaiyyətinin bəzi simalarını da itirdik. 

20 yanvar tarixində uzun illər AFFA-nın hakimlər və hakim-inspektorlar komitələrində çalışmış Nizami Şərifov 72 yaşında dünyasını dəyişdi. 
16 martda AFFA İntizam Komitəsinin sabiq sədri Tofiq Fətullayev 87 yaşında vəfat etdi.
11 apreldə "Araz-Naxçıvan"ın veteran futbolçusu Fərəc Fərzəliyev ömrünün 56-cı baharında dünyasını dəyişdi. 
11 mayda Azərbaycanın tanınmış jurnalisti, AFFA-nın keçmiş mətbuat katibi Məzahir Süleymanzadə vəfat etdi. Şəkərli diabetdən əziyyət çəkən Süleymanzadə 69 yaşında dünyasını dəyişdi.  
8 iyunda "Neftçi"nin sabiq koordinatoru, Əməkdar məşqçi və idman ustası, idman sahəsində 35 ildən çox iş təcrübəsi olan Eldar Bədəlov 55 yaşında vəfat etdi.
30 iyunda Azərbaycanın sabiq futbol və futzal hakimi Rəşid Hüseynov 63 yaşında dünyasını dəyişdi.

Röya Kərimli

Material Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyinin maliyyə dəstəyi ilə hazırlanmışdır.

Redexphoto
Oxşar xəbərlər

Xəbər lenti

20 May 2024
09:57

DÇ: Azərbaycanın daha 4 cüdoçusu mübarizəyə başlayır

09:35

“Sabah”dan vacib qələbə, “Qəbələ” dayanmaq istəmir – Tura baxış

09:10

Mbappenin qardaşı da "Real Madrid"ə keçəcək? - Aydınlıq gəldi

19 May 2024
23:14

"Mançester Yunayted" son 34 ildə bu günə düşməmişdi

21:30

"Mançester Siti" İPL-in qalibi oldu - Bu, tarixi rekorddur

20:54

Rafinya Xavinin qardaşını təhqir etdi

19:40

Emiliya-Romanya Qran-prisinin qalibi bilindi

19:11

"Bayer Leverkuzen"dən tarixi ilk

18:40

Kaxaber Tsxadadze "Araz-Naxçıvan" üzərində qələbəni şərh etdi

18:15

"Qəbələdə özümü rəqib kimi hiss etmədim" - Elmar Baxşıyev 

17:54

MPL: "Qəbələ" ardıcıl üçüncü qələbəsini qazandı

17:40

Azərbaycanın 3 cüdoçusu DÇ-nin ilk günündə uğursuzluqla üzləşdi

17:12

"Beş aydan sonra meydana çıxmaq məni həyəcanlandırdı"

16:54

"Həmişə nə vaxtsa İspaniyaya qayıdacağımı düşünmüşəm" - Mikel Arteta

16:22

Krivotsyuk sonadək oynadı, komandası...

16:05

"Qəbələ"nin kapitanına xüsusi mükafat verildi

15:29

Şəhid İlham Kazımovun xatirəsinə həsr edilən turnir başa çatdı

15:14

Mourinyu "Beşiktaş"a gəlir - Klub rəsmisi açıqladı

14:30

"Məhsuldarlığımı daha da artırmaq istərdim, amma..."

14:16

"Sabah" Türkiyədə 4-cü oldu

13:56

Qvardiola növbəti mövsümə harada başlayacağını dedi

13:18

Alleqrinin yerini o tutdu - RƏSMİ

12:55

Teves postunu tərk etdi

12:23

Voleybol məşqçiləri üçün seminar keçirildi

12:00

"Qələbəyə layiq idik" - Ozobiç "Neftçi"dən gedir?

11:27

Enrike 3 futbolçunun PSJ-də qalmasını istəmir - ADLAR

10:58

Azərbaycan seçməsi Ukraynaya qarşı

10:21

ABL: Final mərhələsinin ikinci oyununda kim sevinəcək?

10:00

"Yaratdığımız imkanlardan faydalana bilmədik" - Pedro Nuno

09:00

Günün oyunları bu kanallarda - AFİŞA 

18 May 2024
23:22

Renat oynadı, komandası "Beşiktaş"a uduzmadı

23:00

"Hər şey öz əlimizdədir" - Azər Salahlı

22:19

"Hakim məsələsini atın kənara, hər şey bəllidir"

21:44

"Tottenhem" müdafiəçisini Avropa nəhənginə satır

21:28

"Futbolçularım fantastik oynadılar" - Krunoslav Renduliç

20:31

"Neftçi"nin qələbəsinə kölgə salmaq istəmirəm, amma..."

20:12

"O qoldan sonra oyun açıldı" - Miodraq Bojoviç

19:45

Adil Şükürov "Zirə"yə məğlubiyyəti şərh etdi

19:25

"Bizdə 5-6 səviyyəli hakim var, amma bu, kifayət etmir" - Rəşad Sadıqov 

18:58

"Neftçi ilə "Zirə"dən qələbə, "Sumqayıt" "Sabah"la bacarmadı

Facebookdan bizi izləməyi unutmayın.
X