09:00 19.10.2025 3075

"Çalışırıq ki, Premyer Liqaya çempion kimi yüksələk" - "Şəfa"nın yenilgi tanımayan baş məşqçisi

Medianın İnkişafı Agentliyinin layihəsi: Uşaq gənclərin fiziki mənəvi inkişafı

Birinci Liqanın ilk 5 turunda 5 qələbə qazanan və 15 xalla turnir cədvəlində şəriksiz lider mövqeyində qərarlaşan "Şəfa" 33 yaşlı mütəxəssis Elgiz Kərəmlinin rəhbərliyi altında yenilgisiz irəliləyir. Bakı təmsilçisi gənc çalışdırıcının dönəmində nəinki Birinci Liqada, hələ heç bir rəsmi matçda uduzmayıb. Kərəmli ilə həm 18 oyunluq məğlubiyyətsizlik seriyası, həm çempionluğa digər əsas namuzəd "Səbail"ə qarşı 6-cı turda keçirəcəkləri oyun, həm də digər məqamlar ətrafında söhbətləşdik.

Onun Fanat.Az-a müsahibəsini təqdim edirik:

- Futbolçu karyeranız qısa oldu, məșqçilik qərarına neçə yaşınızda gəldiniz?
- 26 yaşımda zədə səbəbiylə futbolçu karyerami bitirib məşqçiliyə başladım. İlk dəfə "Neftçi"nin akademiyasinda işlədim. 3 il yarımdan sonra milli komandanın müxtəlif yaş qruplarında 4 il müddətində çalışdım. Millidə işlədiyim dönəmlərdə paralel olaraq Birinci Liqada 2023-2024 mövsünündə "Difai"yə də rəhbərlik etdim.

- "Şəfa" variantı necə yarandı?
- 2024-2025 sezonunda İkinci Liqanın ikinci dovrəsinin son oyunundan sonra "Şəfa" rəhbərliyi tərəfindən dəvət gəldi. İstəklərimiz və baxışlarımız üst-üstə düşdüyünə görə dəvəti qəbul etdim.

- Hazırda 33 yaşınız var. Gənc məşqçi üçün həmyaşıdlarına rəhbərlik etmək çətin deyilmi?
- Nəinki futbolda, digər işlərdə də rəhbərsənsə, yaşından asılı olmayaraq, kollektivə rəhbərlik etməyi bacarmalısan. İnsanlara, eyni zamanda işimizdə futbolçulara da bir şəxsiyyət kimi yanaşanda, onlara hörmət edəndə qarşılığını əlbəttə ki, görürsən.

 - "Şəfa"nın "sükanı arxası"nda rəsmi matçlarda yenilgi acısı dadmamısınız...
- Belədir, amma fitbolda sonsuza qədər uduzmadan davam etmək mümkün deyil. Təbii ki, nə vaxtsa biz də yeniləcəyik. Amma ümid edirəm ki, məğlubiyyətsiz oyunlar seriyamızı bir qədər də uzada biləcəyik.

- Mövsümə istədiyiniz kimi hazırlaşa bildinizmi?
- Çox yaxşı hazırladığımızı düşünürəm. Əsas da Qəbələ toplanışı çox effektli oldu. İstədiyimiz səviyyədə rəqiblərlə qarşılaşdıq. Ən önəmlisi isə budur ki, futbolçular toplanış zamanı bir-birinə daha yaxşı uyğunlaşmağa başladılar.

- Elə transfer etmək istədiyiniz oyunçu oldumu ki, onu heyətə qatmağa ya gecikdiniz, ya da hər hansı başqa səbəbdən rənglərinizə bağlaya bilmədiniz?
- Belə hallar istənilən komandada və istənilən transfer dönəmində baş verir. Lakin buna baxmayaraq, hansısa bir movqedə problemimizin olmadığını düşünürəm. İstər komandada qalanlar, istərsə də kollektivə yeni qoşulan futbolçulardan razıyam.

- Sizcə, komandanızın potensialı qarşınıza qoyulan çempionluq hədəfinə çatmağa imkan verir? 
- Məqsədimiz ilk gundən çempionluqdur və buna uyğun da transferlər etmişik. Hədəfimizə çatacağımıza komanda olaraq, çox inanırıq.

- Çempionluq yolunda əsas mübarizənin hansı komandalar arasında gedəcəyini düşünürsünüz?
- İndidən fikir bildirmək çətindir, çünki çempion olmağa qadir bir çox komanda var. Liqa başlamamış "Səbail" ilə "Şəfa"nın adı hallanırdısa, mən bu gün bu iki klubun yanına potensiallarına "Mingəcevir", MOİK, "Baku Sportinq" və "Zaqatala"nı da əlavə edərdim. Çempionat ildən-ilə daha da gərginləşir. Legioner limiti yığışdırılandan sonra Birinci Liqaya bir sıra elita təcrübəli futbolçular gəldilər və bu keyfiyetli futbolçuların sayəsində bir çox klubun heyəti güclənmiş oldu.

- Beş oyuna beş qələbə və Birinci Liqanın debütantı şəriksiz liderdir. Bu gözlədiyiniz nəticədir?
- Çempionata hazırlaşanda hədəfimiz çempionluq idi və buna uyğun komanda formalaşdırmışıq. İstədiyimiz nəticəni də əldə etməyə çalışırıq.

- Son oyununuzu Buzovnada "Baku Sportinq"ə qarşı keçirdiniz və 2:1 hesablı əzmkar qələbə qazandınız...
- Çox agır oyun keçdi. Öncədən də belə olacağını bilirdik. Çünki "Baku Sportinq" həm təcrübəli heyətə malik, həm də yaxşı təşkilatlanmış komandadır. Əvvəlki dörd oyunda məğlub olmamışdılar. Çox vacib 3 xal qazandıq. Belə meydanda göstərdikləri oyuna və əzmkarlığa görə futbolçularımıza təşəkkür edirəm.

- Növbəti çempionat oyununda qarşısına Birinci Liqada çempion olmaq, ötən mövsümün sonunda tərk etdiyi elitaya qayıtmaq məqsədi qoymuş "Səbail" ilə çox önəmli matça çıxacaqsınız. Bu oyundan nə gözləyirsiniz?
- Oyun psoxoloji cəhətdən gərgin keçəcək. Lakin çempionat hələ yeni başladığı üçün oyunun nəticəsi liqanın taleyini həll etməyəcək. Əsas gərginlik irəlidədir. Bizi çətin oyunlar, çətin mübarizə gözləyir. Məqsədimiz istənilən rəqibə qalib gəlib xal ehtiyatımızı artırmaqdır.

- Mövsümün yekununda Birinci Liqada 2-ci yeri turacaq kollektiv Premyer Liqadakı mübarizəni turnir cədvəlinin 11-ci sırasında başa vuracaq komanda ilə elitada iştirak uğrunda pley-off matçına çıxacaq. Məsələn, bu rəqib "Karvan-Yevlax", "Kəpəz", "Şamaxı" və ya "Qəbələ" ola bilər... Sizcə, bu gün Birinci Liqa təmsilçisinin elita komandasını yenmək ehtimalını neçə faizdir?
- Premyer Liqada legioner limitinin olmadığı üçün istənilən Premyet Liqa komandası Birinci Liqa komandasından üstündür. Çalışırıq ki, Premyer Liqaya çempion kimi yüksələk. Lakin pley-off oynamalı olsaq, adlarını çəkdiyiniz istənilən rəqibə qarşı layiqli mübarizə aparacaq gücümüz var. Pley-off ehtimalını da nəzərə alıb həyətimizi bir neçə təcrübəli futbolçu ilə gücləndirmişik.

Nihat Ağasoy

Yazı Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyinin maliyyə dəstəyi ilə çap olunub.

Telegram Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol
Oxşar xəbərlər

Xəbər lenti

22 İyul 2026
13:44

"Neftçi"nin rəqibini BATE-nin azarkeşləri də dəstəkləyəcək

13:32

Bu gün baş tutacaq "Neftçi" - "Dinamo" matçına neçə bilet satıldığı bilindi

13:13

"Turan Tovuz" DÇ-dən qazanc əldə edəcək

12:55

Freddi Varqas Bakıya gəldi

12:37

"Neftçi" yeni veb saytını təqdim edir

12:19

Belçika millisi yola onunla davam edəcək

12:00

"Neftçi" Montenerqo təmsilçisi ilə üz-üzə

11:42

Əfsanəvi qolkiper karyerasını bitirdiyini açıqladı

11:24

Alvares "Barselona"ya getmək istəyir

11:23

Klublarımızın yay planları: Kim gəlir, kim gedir? - YENİLƏNİR

11:06

"Beşiktaş" "Real"ın müdafiəçisi ilə razılığa gəldi - SON DURUM

10:48

"Çelsi" tarixinin ən bahalı transferini reallaşdırdı - Məbləğ

10:30

ÇL: 2-ci mərhələnin ilk oyunlarına yekun vurulur

10:09

Messi DÇ-2026-nın ən yaxşı oyunçusu seçildi

09:48

Həftəiçi oyunlar bu kanallarda - AFİŞA

09:25

KL: "Neftçi" Belarus təmsilçisi ilə üz-üzə

09:00

"Sabah" qələbə qazandı, Azərbaycanın mövqeyi... - UEFA reytinqi

02:01

ÇL: "Fənərbağça"dan İstanbulda çətin qələbə

01:40

KL: "Dyor" səfərdə "coşdu"

21 İyul 2026
23:49

Pep Qvardiola İtaliya millisinin "sükanı arxası"na keçə bilər

23:11

"Arsenal" Qabriel Jesusun qiymətini 20 milyon funta endirdi

22:41

Valdas Dambrauskas "KuPS"la matçdan sonra belə danışdı

22:18

"Qalatasaray" Kristian Pulisiç ilə maraqlanır

21:57

ÇL: "Sabah" Finlandiya çempionunu "əliboş" yola saldı

21:16

Arda Gülər "Real Madrid"də start heyət uğrunda böyük savaşa girir

20:46

"Əl-Hilal" Bastoni üçün 70 milyon təklif edir

20:17

Məhəmməd Salahın meneceri "Beşiktaş" üçün İstanbula gəlir

19:42

"Qalatasaray"dan Musiala həmləsi: İcarə təklif edilib

19:12

Rodri "Real Madrid"ə keçməyə hazırdır

18:46

"Qalatasaray" Bruno Fernandes üçün 35 milyonluq təklif hazırlayır

18:30

Fransa millisinin yeni baş məşqçisi müəyyənləşib

18:14

Messi finaldan sonra Yamala nə deyib? - "Bu sözlər boynuma taxdığım qızıl medal qədər dəyərlidir"

17:56

"Zirə" növbəti transerini açıqladı - RƏSMİ

17:38

“Liv Bona Dea Arena”da ot örtüyü yenilənir - FOTOLAR

17:20

"Zirə" Estoniyadakı oyuna itkisiz çıxacaq

17:02

Argentinalı qolkiper millidən ayrılacağına işarə etdi - "Bu ağrını izah etmək çətindir"

16:43

Kalunqa "Kəpəz"in düşərgəsində olsa da...

16:25

"İmişli"də yeni təyinat - RƏSMİ

16:07

Klublarımızın sifariş verdiyi stadionlar bilindi - Siyahı

15:48

"Qalatasaray"da yeni müqavilə - Razılığa gəlindi

Facebookdan bizi izləməyi unutmayın.
X