
Futbol üzrə Azərbaycan Premyer Liqasının XIX turunda "Şamaxı" öz meydanında "Səbail"i 2:1 hesabı ilə məğlub edib.
Fanat.Az xəbər verir ki, əyalət klubunun baş məşqçisi Vüqar Əsgərli matçdan sonra keçirilən mətbuat konfransında görüşü dəyərləndirib:
"Azarkeşlərimizə təşəkkür edirəm. İş vaxtı olanda matça gəlməyə çətinlik çəkirlər. Amma bu gün bizi tək qoymadılar. Qələbə münasibəti ilə oyunçularımı təbrik edirəm. Bizim üçün vacib idi. Fasilədə özümüzdə və rəqibdəki boşluqları oyunçulara izah etdik. Bəzən bunlardan istifadə etsək də, davamını gətirə bilmirik. Gələcək qarşılaşmalarda "Səbail"ə uğurlar arzulayıram. Biz isə "Qarabağ"la görüşə hazırlaşacağıq.
39 yaşlı mütəxəssis son olaraq transferlər barədə danışıb: "Axtarışlarımız davam edir. 1-2 mövqedə çatışmazlıqlar var. Gənc oyunçularla danışıqlar aparılır".