14:54 23.07.2026 197

"Neftçi"nin fərqi artıra bilməməsinin, üstəlik, qol buraxmasının səbəbi..." - Aslan Kərimov

UEFA Konfrans Liqasının 2-ci mərhələsindən mübarizəyə qoşulan "Neftçi" startda azarkeşlərini üzdü. "Ağ-qaralar" Belarus təmsilçisi "Dinamo Minsk"ə 2:4 hesabı ilə uduzdu. Baxmayaraq ki, Yuri Vernuvun baş məşqçisi olduğu komanda ilk 8 dəqiqə ərzində rəqibi iki dəfə məyus edə bilmişdi. 
Azərbaycan millisinin sabiq yarımüdafiəçisi Aslan Kərimovla əlaqə saxlayıb ondan məğlubiyyətin səbəbini və cavab oyunu ilə bağlı fikirlərini soruşduq.

Tanınmış futbol mütəxəssisinin Fanat.Az-a açıqlaması belə oldu:

"Komandanın içində olmadan nəsə demək çətindir. Ancaq müşahidələrimə əsasən fikir bildirə bilərəm. Əslində, çox yaxşı start alınmışdı, erkən dəqiqələrdə 2:0-lıq üstünlük əldə etmişdilər. Buna baxmayaraq, fərqi artıra bilməməyimizin, üstəlik, qol buraxmağımızın səbəbi ötürmələrdə həddindən artıq səhvlərə yol verilməsidir. Sözün düzü, rəqib də çox səhvlər edirdi, hər iki-üç ötürmədən sonra top itkisi olurdu. Səhvdən səhvə fərq var. Deyək ki, Emin Mahmudov yarımmüdafiə xəttində 5 ötürməsindən 3-nü hücumçuya çatdıra bilmir, bu, normaldır. Amma bir də var ki, müdafiə xəttində, mərkəz müdafiəçiləri yarımmüdafiəçilərlə "pas" verərkən qeydə alınan top itkiləri. Hər üç ötürmədən ikisi ünvana çatmırsa, rəqibin sənin qapıçınla təkbətək çıxmasına imkan yaranır. Belə səhvlərlə "Dinamo Minsk" kimi bir komandaya qalib gəlmək çox çətindir. Əslində, "Dinamo Minsk" möhtəşəm deyildi. Onlara iki qol vurmağımız bundan xəbər verir. Günahı özümüzdə axtarmalıyıq. Rəqibin səhv etmirəmsə, üçüncü qolunda sadə bir uzun ötürmədən sonra müdafiəçimiz topu uzaqlaşdıra bilmədi. İlk qolda ola bilsin, Emil Balayevin dizindən zədə alması rol oynadı. Mən elə gəlir ki, elə ona görə o qolu buraxdı. Çünki birinci zərbənin ardınca təkbətəki çıxartdı, daha sonra adi vəziyyətdə qolu buraxdı, fasilədə də əvəzləndi. Hər şeyi qapıçının üstünə atmalı deyilik. Çünki çoxlu sayda səhvlər etdik. Cavab oyununda isə 2 top fərqi geri qaytarmaq mümkündür. Doğrudur, rəqib meydanında bizim üçün daha çətin olacaq. Ancaq "Dinamo Minsk" keçilməz rəqib deyil. "Neftçi" daha diqqətli oynasa, qol şanslarını həyata keçirə bilsə, geridönüş etmək mümkündür". 

"Neftçi" "Dinamo Minsk"lə cavab matçını iyulun 30-da neytral meydanda - Bolqarıstanda keçirəcək.

Əlisahib İbrahimli

Telegram Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol
Oxşar xəbərlər

Xəbər lenti

23 İyul 2026
15:30

Bakı klubunun futbolçuları AFFA-ya şikayət etmək qərarına gəldilər

15:12

MOİK dəniz kənarında məşq etdi, ilk rəqibin adına aydınlıq gəldi

15:07

Klublarımızın yay planları: Kim gəlir, kim gedir? - YENİLƏNİR

14:54

"Neftçi"nin fərqi artıra bilməməsinin, üstəlik, qol buraxmasının səbəbi..." - Aslan Kərimov

14:41

"Şəfa" növbəti transferini ictimaiyyətə təqdim etdi

14:28

Qurban Qurbanovun ümidlərini doğrultmayan Qnalinin aqibəti necə olacaq? - SON DURUM

14:10

"Fənərbağça"da ayrılıq qapıdadır

13:52

Premyer Liqa klublarının görüş vaxtı bilindi

13:36

KL: Bu gün 40 oyun keçiriləcək

13:17

Montiel "Qarabağ"dan bu səbəbdən ayrıla bilər

12:57

"Mançester Yunayted"in ulduzu Messi ilə komanda yoldaşı oldu

12:38

"Arsenal" Edeqorun transfer dəyərini açıqladı

12:19

"Almaniyanın İspaniyadan öyrənəcəyi çox şey var" - Lotar Matteus

12:01

Qvardiola İtaliya millisinə nə cavab verəcək?

11:43

Emin Mahmudov yubiley qolunu vurdu

11:24

AL: "Beşiktaş" danimarkalılarla üz-üzə, Murad Məmmədov "Pafos"da debütünə hazırlaşır

11:05

"Qalatasaray" mərakeşli müdafiəçini istəyir

10:46

Luis Suares Levandovskinin debütünü korladı

10:27

"Karvan-Yevlax" daha iki futbolçu ilə anlaşdı

10:09

Nəriman Axundzadə bu tur nə ilə yadda qaldı? - VİDEO

09:48

Həftəiçi oyunlar bu kanallarda - AFİŞA

09:25

"Zirə"nin Estoniya sınağı

09:00

"Qarabağ" Bolqarıstan təmsilçisi ilə qarşılaşır

01:58

ÇL: 2-ci təsnifat mərhələsinin ilk oyunlarına yekun vuruldu

01:44

KL: "Braqa"dan minimal hesablı qələbə, "Başakşəhər" heç-heçəyə razılaşdı

22 İyul 2026
23:44

"Fulhem" "Real"ın hücumçusunu istəyir

23:20

Rafael Leau "Qalatasaray"ın radarına düşdü

22:35

"Sevgidən nifrətə bir addımlıq yoldur" - Yuri Vernidub

22:12

Aleksandr Şaqoyko: "Neftçi"nin səviyyəsini dərk edirik"

21:53

KL: "Neftçi" Belarus təmsilçisinə məğlub oldu

21:14

Ceff Bezos "Liverpul"un səhmdarı ola bilər

20:51

"Arsenal" Mikel Oyarzabal transferini gündəmə gətirdi

20:12

"Fənərbağça" Qirassi ilə anlaşdı

19:52

"Çelsi" Con Stounsu transfer etmək istəyir

19:09

"İnanıram ki, matçın gedişində futbolçularımız öz oyunlarını göstərə biləcəklər" - Qurban Qurbanov

18:41

Rəcəb Tayyib Ərdoğan Məhəmməd Salah transferi ilə maraqlandı

18:02

Freddi Varqas "Neftçi"də - RƏSMİ

17:50

İtaliyada idman jurnalisti öldürülərək yandırıldı

17:32

"Şəfa" daha bir transfer reallaşdırdı

17:14

"Zirə"nin bu mərhələni də keçəcəyinə şübhəm yoxdur"

Facebookdan bizi izləməyi unutmayın.
X