
Bu gün UEFA Avropa Liqasında 2-ci təsnifat mərhələsinin ilk oyunları keçiriləcək.
Fanat.Az xəbər verir ki, 9 oyunun hamısı eyni gündə baş tutacaq.
"Qarabağ" Bakıda Bolqarıstan təmsilçisi ÇSKA ilə qarşılaşacaqsa, Türkiyə nəhəngi "Beşiktaş" "Midtyüllann"ı qonaq edəcək.
Bu gün daha bir oyun azərbaycanlı azarkeşlər üçün maraq kəsb elir. Belə ki, yayda "Neftçi"ni Kipr "Pafos"una dəyişən Murad Məmmədov yeni komandasında debütünü reallaşdıra bilər. Sözügedən komanda səfərdə "Hayduk" ilə qarşılaşacaq.
Qeyd edək ki, 2-ci təsnifat mərhələsinin cavab görüşləri 30 iyulda keçiriləcək.
UEFA Avropa Liqası
2-ci təsnifat mərhələsi, ilk oyun
23 iyul
20:00. Qarabağ (Azərbaycan) – ÇSKA Sofiya (Bolqarıstan)
21:00. Tromsö (Norveç) – Hradeç Kralove (Çexiya)
21:00. Dinamo Kiyev (Ukrayna) - PAOK (Yunanıstan)
21:00. Şerif (Moldova) – Makkabi Təl-Əviv (İsrail)
21:00. Hammarbü (İsveç) - Anderlext (Belçika)
22:00. Sent-Qallen (İsveçrə) – Benfika (Portuqaliya)
22:00. Tvente (Niderland) – Ferentsvaroş (Macarıstan)
22:00. Beşiktaş (Türkiyə) – Midtyullann (Danimarka)
23:00. Hayduk (Xorvatiya) – Pafos (Kipr)