
Bakı klubunun futbolçuları AFFA-ya şikayət etmək qərarına gəliblər.
Fanat.Az-ın əldə etdiyi məlumata görə, söhbət 1-ci Liqa təmsilçisi "Baku Sportinq"dən gedir.
Belə ki, bir neçə oyunçu ynanşı, klubun bəzi əməkdaşları da aprel və may aylarının maaşlarını almayıblar. Dəfələrlə rəhbərliklə əlaqə saxlayan futbolçulara verilən vədlər vəd olaraq qaldığından onlar çıxış yolunu AFFA-ya şikayət etməkdə görürlər.
Xatırladaq ki, "Baku Sportinq"in çalışdırıcısı Röyal Nəcəfov mövsüm başa çatandan sonra postunu tərk edib. Komanda daha öncə köməkçi məşqçi qismində fəaliyyət göstərən Samir Ələkbərova tapşırılıb.
Nihat