
"Mançester Yunayted"in ulduzu Kazemiro ABŞ-nin "İnter Mayami" klubuna transfer olunub.
Fanat.Az xəbər verir ki, bu barədə MLS təmsilçisinin mətbuat xidməti məlumat yayıb.
34 yaşlı yarımmüdafiəçi ilə 2029-cu ilin iyun ayına qədər müqavilə imzalanıb.
Kazemiro son olaraq İngiltərənin "Mançester Yunayted" klubunda çıxış edib. O, 2022-ci ilin yayında qoşulduğu komandanın heyətində İngiltərə Liqa Kuboku və İngiltərə Kubokunun qalibi olub.
Qeyd edək ki, o, daha öncə Braziliyanın "San-Paulu", Portuqaliyanın "Portu" və İspaniyanın "Real Madrid" klublarında çıxış edib.
Əlisahib İbrahimli