14:22 02.02.2023 677

"Qəbələ"nin kapitanı od püskürdü: "Hakim nədənsə qorxurdu"

Futbol üzrə Azərbaycan Premyer Liqasının XX turunda "Qəbələ" öz meydanında "Sabah"a 0:3 hesabı ilə məğlub olub. 

Bölgə təmsilçisinin kapitanı Asif Məmmədov Fanat.Az-a müsahibəsində sözügedən qarşılaşmanı dəyərləndirib:

- Oyun başlayanda hər şey istədiyimiz kimi gedirdi. Ancaq hakim səhvləri ilə qarşılaşdıq. Olmayan sarı vərəqə, qırmızı vərəqə ilə 10 nəfərlə saxladı bizi. "Sabah" isə son vaxtların ən yaxşı komandalarındandır. Belə bir komandaya qarşı 10 nəfərlə oynamaq çox çətin idi. Matçdan çox hakim səhvlərindən danışsaq, daha yaxşı olar.

- 19-cu turda "Kəpəz"lə oyunda da qələbə qazana bilmədiniz...
- Bir var oyun olmasın, bir də var oynaya-oynaya 2:2 olsun. "Kəpəz" qapımıza iki dəfə yaxınlaşdı. Ancaq ona da yaxşınlaşmaq demək olardısa... Hər ikisində də penaltidən qol vurdular. Amma biz 0:2-dən sonra hesabı 2:2 elədik. Ondan sonra 2 dəfə də real qol imkanlarımız oldu, ancaq istifadə edə bilmədik. Dünənki qarşılaşmada hakim səhvləri olmasaydı, hesab başqa cür ola bilərdi.

- Sizcə, qeyd etdiyiniz haqsızlıq qərəzlidir, yoxsa qeyri-peşəkarlıqdır? 
- Dünənki hakimdə (red.-Vüqar Həsənli) hər ikisi vardı. Həm hakimliyi bacarmırdı, həm də sanki nədənsə qorxurdu. Hətta "Sabah"ın baş məşqçisi Murad Musayev balaca uşaq kimi onun üstünə qışqırırdı. Bizdə Renatoya sarı vərəqə verdiyi epizoddan bir dəqiqə əvvəl Elnura sarı vərəqə verilib. Murad Musayev hakimin üstünə qışqırdıqdan sonra bizim futbolçumuza sarı vərəqə verdi. Qapının yanında cərimə zərbəsi vardı, ancaq sarı vərəqəlik epizod deyildi. Özüm də bir neçə keçmiş hakimlərdən, futbol başbilənlərindən soruşdum, orda 100-də 100 sarı vərəqə yox idi. Həmin sarı vərəqənin davamı olaraq gətirib bizə qırmızı vərəqə verdi. Ondan 10 dəqiqə sonra Amin qırmızı vərəqə ilə oyundan uzaqlaşdırılmalı idi. Hakimin düz gözü qarşısında ayağımı tapdaladı. Hətta 4-cü hakim də gördü. Ehtiyat hakim də oyuna müdaxilə edə bilir. Hətta Reantoya ikinci sarl vərəqəni 4-cü hakim verdirdi. Amma mənim ayağımın tapdalanması hakimin gözüqarşısında olsa da, nədənsə hakimlərin ikisinin də gözü bağlandı. Bu hallar artıq insanda başqa fikirlər yaradır. Burda nə baş verir?

- Nə baş verir?
- Ağlıma 50 fikir gəlir, vallah. Hansını deyim? Futbol iyrəncliyinə aid hər şey.

- Necə düşünürsünüz, bu münasibət sırf "Qəbələ"yə qarşı belədir?
- Sözün düzü, hələ ki, belə görürəm.

- Növbəti turda "Zirə" ilə oyunda da belə hallar yaşana bilər?
- Bu il hakimlik elə vəziyyətdədir ki, hər şey gözləyirəm. Dünənki hakim rastlaşdığım ən bərbad hakim idi. Mən hələ belə şey görməmişdim. Bu il bizə çox haqsızlıq oldu. Hər il olur belə hallar, anma bu il nədəndə biraz çox oldu.

- Komandada vəziyyət necədi? Qış transfer pəncərəsində də futbolçu almadınız.
- Komandada hər şey yaxşıdır. Ancaq nə qədər olmasa da belə hallar insanı ruhdan salır. Komandanı sındırmağa çalışırlar. Amma biz peşəkarıq. Çalışırıq ki, belələri komandanı sındırmasın.

Röya Kərimli

Telegram Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol
Oxşar xəbərlər

Xəbər lenti

22 İyul 2026
15:15

Meksikalı əfsanə karyerasını başa vurdu

14:57

"Neftçi" Çempionlar Liqasına qələbə ilə başladı

14:38

"Real"ın keçmiş "10 nömrə"si klubundan ayrıldı

14:20

"Bəlkə də hücumçuların günü deyildi" - Aslan Kərimov

14:02

Azərbaycan klubu Bulatoviçin razılığını aldı

13:44

"Neftçi"nin rəqibini BATE-nin azarkeşləri də dəstəkləyəcək

13:32

Bu gün baş tutacaq "Neftçi" - "Dinamo" matçına neçə bilet satıldığı bilindi

13:13

"Turan Tovuz" DÇ-dən qazanc əldə edəcək

12:55

Freddi Varqas Bakıya gəldi

12:37

"Neftçi" yeni veb saytını təqdim edir

12:19

Belçika millisi yola onunla davam edəcək

12:00

"Neftçi" Montenerqo təmsilçisi ilə üz-üzə

11:42

Əfsanəvi qolkiper karyerasını bitirdiyini açıqladı

11:24

Alvares "Barselona"ya getmək istəyir

11:23

Klublarımızın yay planları: Kim gəlir, kim gedir? - YENİLƏNİR

11:06

"Beşiktaş" "Real"ın müdafiəçisi ilə razılığa gəldi - SON DURUM

10:48

"Çelsi" tarixinin ən bahalı transferini reallaşdırdı - Məbləğ

10:30

ÇL: 2-ci mərhələnin ilk oyunlarına yekun vurulur

10:09

Messi DÇ-2026-nın ən yaxşı oyunçusu seçildi

09:48

Həftəiçi oyunlar bu kanallarda - AFİŞA

09:25

KL: "Neftçi" Belarus təmsilçisi ilə üz-üzə

09:00

"Sabah" qələbə qazandı, Azərbaycanın mövqeyi... - UEFA reytinqi

02:01

ÇL: "Fənərbağça"dan İstanbulda çətin qələbə

01:40

KL: "Dyor" səfərdə "coşdu"

21 İyul 2026
23:49

Pep Qvardiola İtaliya millisinin "sükanı arxası"na keçə bilər

23:11

"Arsenal" Qabriel Jesusun qiymətini 20 milyon funta endirdi

22:41

Valdas Dambrauskas "KuPS"la matçdan sonra belə danışdı

22:18

"Qalatasaray" Kristian Pulisiç ilə maraqlanır

21:57

ÇL: "Sabah" Finlandiya çempionunu "əliboş" yola saldı

21:16

Arda Gülər "Real Madrid"də start heyət uğrunda böyük savaşa girir

20:46

"Əl-Hilal" Bastoni üçün 70 milyon təklif edir

20:17

Məhəmməd Salahın meneceri "Beşiktaş" üçün İstanbula gəlir

19:42

"Qalatasaray"dan Musiala həmləsi: İcarə təklif edilib

19:12

Rodri "Real Madrid"ə keçməyə hazırdır

18:46

"Qalatasaray" Bruno Fernandes üçün 35 milyonluq təklif hazırlayır

18:30

Fransa millisinin yeni baş məşqçisi müəyyənləşib

18:14

Messi finaldan sonra Yamala nə deyib? - "Bu sözlər boynuma taxdığım qızıl medal qədər dəyərlidir"

17:56

"Zirə" növbəti transerini açıqladı - RƏSMİ

17:38

“Liv Bona Dea Arena”da ot örtüyü yenilənir - FOTOLAR

17:20

"Zirə" Estoniyadakı oyuna itkisiz çıxacaq

Facebookdan bizi izləməyi unutmayın.
X