16:35 04.02.2023 758

"Bu görüş həyatımda ən yadda qalan hadisələrdən biri oldu" - Qurban Qurbanov

Futbol üzrə Azərbaycan Premyer Liqasının XXI turunda "Qarabağ" Gəncədə "Kəpəz"in qonağı oldu. 

Fanat.Az xəbər verir ki, Ağdam klubunun baş məşqçisi Qurban Qurbanov matçdan sonra "CBC Sport" telekanalına açıqlamasında 1:1 hesabı ilə başa çatan görüşü dəyərləndirdi:

"Gəncədə oynamaq heç də asan deyil. İstənilən vaxt burdakı oyunlarda problemlərlə üzləşmişik. Günorta saat 2-də aktiv göstərmək heç də asan deyil. Xüsusilə də səfərdə. Düşünürəm ki, "Kəpəz" 1 xalı haqq etdi. Qol epizodlarımız oldu. Ancaq sanki qapıçıda maqnit vardı. Topu özünə tərəf çəkirdi. Futbolçularıma deyəcəyim elə bir iradım yoxdur. Mən onları çox yaxşı başa düşürəm. Bu oyun bir daha göstərdi ki, qarşıdakı matçlara daha ciddi hazırlaşmalıyıq və istənilən rəqibə qarşı hazırlıqlı olmalıyıq". 

Mütəxəssis oyunların ferval ayı üçün olan sıx qrafikdən və "Gent"lə Konfrans Liqası oyununa hazırlıqdan da danışıb: "Komandanın idman formasını indi yaxşılaşdırmaq çətindir. Ümumiyyətlə, komandanın idman formasını yaxşılaşdırmağı sürətli oyunlarda həyata keçirə bilərik. Fasilədən sonra ilk oyunu Tovuzda saat 2-də süni meydançada oynamışıq, Şamaxıda saat 4-də oynamışıq, ondan 4 gün sonra isə bu gün yenə saat 2-də meydana çıxdıq. Futbolçunun bərpası, oyuna daha yaxşı hazırlaşmaq, məşq prosesi heç də asan deyil. Uyğun olmayan bir proqramla başlamışıq çempionata. "Gent"lə oyuna kimi "Sabah"la görüşümüz var. Çox istərdik ki, bu oyuna kimi komandanı daha yaxşı səviyyəyə gətirək. Asan deyil, amma əlimizdə başqa variantımız yoxdur. Çalışırıq ki, qarşıdakı görüşlərdə futbolçuların performansını biraz da olsa yaxşılaşdıraq". 

Qeyd edək ki,  2020-ci ildə Ermənistanın Gəncəyə atdığı raket zərbəsi nəticəsində yaralanmış və ö dönəmlərdə Qurban Qurbanovun hədiyyə yolladığı Aylin və bacısı Məryəm Gəncəyə səfər edən mütəxəssisi ziyarət ediblər. Matçın start fitindən öncə Aylin və Məryəm bacıları məşqçiyə təşəkkür üçün gül dəstəsi bağışlayıblar. 

Qurbanov həmin duyğusal anlar barədə də danışıb: "Bu barədə çox danışmaq istəməzdim. Əlbəttə ki, mənim üçün çox xoş oldu. Bir neçə il əvvəldən tanışlıq vardı. Hər birinə təşəkkür edirəm. Bu görüş həyatımda ən yadda qalan hadisələrdən biri oldu. Allah bütün övladlarımızı, xalqımızı qorusun". 

Telegram Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol
Oxşar xəbərlər

Xəbər lenti

23 İyul 2026
12:19

"Almaniyanın İspaniyadan öyrənəcəyi çox şey var" - Lotar Matteus

12:01

Qvardiola İtaliya millisinə nə cavab verəcək?

11:50

Klublarımızın yay planları: Kim gəlir, kim gedir? - YENİLƏNİR

11:43

Emin Mahmudov yubiley qolunu vurdu

11:24

AL: "Beşiktaş" danimarkalılarla üz-üzə, Murad Məmmədov "Pafos"da debütünə hazırlaşır

11:05

"Qalatasaray" mərakeşli müdafiəçini istəyir

10:46

Luis Suares Levandovskinin debütünü korladı

10:27

"Karvan-Yevlax" daha iki futbolçu ilə anlaşdı

10:09

Nəriman Axundzadə bu tur nə ilə yadda qaldı? - VİDEO

09:48

Həftəiçi oyunlar bu kanallarda - AFİŞA

09:25

"Zirə"nin Estoniya sınağı

09:00

"Qarabağ" Bolqarıstan təmsilçisi ilə qarşılaşır

01:58

ÇL: 2-ci təsnifat mərhələsinin ilk oyunlarına yekun vuruldu

01:44

KL: "Braqa"dan minimal hesablı qələbə, "Başakşəhər" heç-heçəyə razılaşdı

22 İyul 2026
23:44

"Fulhem" "Real"ın hücumçusunu istəyir

23:20

Rafael Leau "Qalatasaray"ın radarına düşdü

22:35

"Sevgidən nifrətə bir addımlıq yoldur" - Yuri Vernidub

22:12

Aleksandr Şaqoyko: "Neftçi"nin səviyyəsini dərk edirik"

21:53

KL: "Neftçi" Belarus təmsilçisinə məğlub oldu

21:14

Ceff Bezos "Liverpul"un səhmdarı ola bilər

20:51

"Arsenal" Mikel Oyarzabal transferini gündəmə gətirdi

20:12

"Fənərbağça" Qirassi ilə anlaşdı

19:52

"Çelsi" Con Stounsu transfer etmək istəyir

19:09

"İnanıram ki, matçın gedişində futbolçularımız öz oyunlarını göstərə biləcəklər" - Qurban Qurbanov

18:41

Rəcəb Tayyib Ərdoğan Məhəmməd Salah transferi ilə maraqlandı

18:02

Freddi Varqas "Neftçi"də - RƏSMİ

17:50

İtaliyada idman jurnalisti öldürülərək yandırıldı

17:32

"Şəfa" daha bir transfer reallaşdırdı

17:14

"Zirə"nin bu mərhələni də keçəcəyinə şübhəm yoxdur"

16:55

Zaniolo karyerasını harada davam etdirəcəyinə qərar verdi

16:34

"Mançester Siti" Foden ilə bağlı qərarını verdi - RƏSMİ

16:15

"Əl-Əhli" "Qalatasaray"ın müdafiəçisini aparır

15:57

"Çətinliklə olsa belə, mərhələni "Qarabağ" keçəcək" - Samir Əliyev

15:39

"İnter" Almaniya təmsilçisini biabırçı hesabla uddu

15:18

Kamavinqa İngiltərə nəhənginə transfer olunur

14:57

"Neftçi" Çempionlar Liqasına qələbə ilə başladı

14:38

"Real"ın keçmiş "10 nömrə"si klubundan ayrıldı

14:20

"Bəlkə də hücumçuların günü deyildi" - Aslan Kərimov

14:02

Azərbaycan klubu Bulatoviçin razılığını aldı

13:44

"Neftçi"nin rəqibini BATE-nin azarkeşləri də dəstəkləyəcək

Facebookdan bizi izləməyi unutmayın.
X