"Neftçi" Türkiyədə baş vermiş zəlzələdən əziyyət çəkənlər üçün yardım göndərib.
Fanat.Az xəbər verir ki, bu barədə klubun mətbuat xidməti məlumat yayıb.
Klubun bazasında yardım üçün hazırlanmış qutuların daşınmasında futbolçular Emin Mahmudov, Azər Salahlı, Höccət Haqverdi, Kilan Lebon, Vojislav Stankoviç və Mərt Çelik işçilərə kömək ediblər.